Layihə haqqında

Hər bir Kişi həyatında Ev tikməli...

Hər bir Qadın Evə Həyat verməli, onu isti və rahat etməlidir...

Hər Kişi və Qadın Evə Sevgini dəvət etməlidirlər ki, onu Sonsuz bir Dünyaya çevirsin və Xoşbəxtliklə doldursun...


Hər birimiz tez və ya gec yeni evdə yeni həyat haqqında düşünməyə başlayırıq. Kimsə şəxsi evini dəniz sahilində tikmək istəyir, kimsə yeni binadan ev alır, kimisi isə təmir etməyi və yeni mebel almağı planlaşdırır. Yeni evimizin necə göründüyünü biz dəqiq bilirik və onun quruluşu zamanı xoş qayğıyaların olmasını səbirsizliklə gözləyirik. Lakin elə zaman gəlir ki, nə vaxt lazım olur:

  1. Ustalar tapmaq
  2. Fikrimizdə yaradılmış evimizin gözəl obrazını onlara çatdırmaq
  3. Ustaların bizim onlardan nə istədiyimizi anladığlarına əmin olmaq
  4. Qərar vermək ki, bizim istillik sistemimiz necə işləyəcək, kondisioner, elektrik rozetkaları, çılçıraq, qapı, pəncərə, duş, paltaryuyan maşını harda yerləşəcək, divarlar hansı rəngə boyanacaq və s.
  5. Ustalara başa salmaq ki, bizim istillik sistemimiz necə işləyəcək, kondisioner, elektrik rozetkaları, çılçıraq, qapı, pəncərə, duş, paltaryuyan maşını harda yerləşəcək, divarlar hansı rəngə boyanacaq və s.
  6. Nəzarət etmək ki, ustalar, istillik sistemini, kondisioner, elektrik rozetkaları, çılçıraq, qapı, pəncərə, duş, paltaryuyan maşınını düzgün quraşdırsınlar, divarları lazımı rəngə boyasınlar və s.
  7. Təmir vaxtı aşkar etmək ki, bizim xırdalıqlara gədər düşünülmüş ideal dizayn müxtəlif texniki səbəblərdən yaramır
  8. Texniki tələbləri nəzərə alaraq dizaynın bütün incəliklərini yenidən düşünmək
  9. Lazımı material, avadanlıq, qapı, mebel, pərdələrin axtarışı və almasına, detalların müzakirəsinə, daimi nəzarətə əlavə xeyli vaxt və əsab sərf etmək, və eyni zamanda büdcədən kənarlaşmamaq!
  10. Bütün əzabların sonunda bir çox nöqsanlar taparaq filosoflu bir nəfəs almaq...

Bu layihə tikinti, təmir və dizayn ilə bağlı olan hər kəs üçün yaradılmışdır. Bizim məqsədimiz – yeni ev xəyalında olanlar üçün - lazımı materiallar, avadanlıq və mütəxəssislərin seçimində maksimal dərəcədə axtarışı yüngülləşdirmək, Sizin vaxt, pul və əsəblərinizə qənaət etməkdir. Memarlıq, tikinti, təmir və dizaynla peşəkarlıqla məşğul olanlar üçün, bu sahədə məhsullar təklif edirsə - öz məhsulunu, peşəkarlığını, ideyalarını nümayiş etmək, yeni işgüzar tərəfdaşalrın axtarışında unikal imkan yaratmaqdır.

Biz, yeni müştəri axtarışında olanları, öz fəaliyətiniz, əlaqələriniz haqda tam məlumat qoyub, bizim saytda qeydiyyatdan keçməyə dəvət edirik. Kimsə məhz Sizi axtarır!

Tikinti, təmir və dizayn mövzusu ilə bütün maraqlananları, bizim məhsullar və xidmətlərə dair unikal axtarış sistemi ilə istifadə etmək və yeniliklər öyrənmək üçün dəvət edirik. Sizə məhz lazım olanı tapın!

Bizim veb saytımızda təmsil olunan təchizatçı və mütəxəssislər haqda obyektiv şərh və rəylər üçün minnətdar olacağıq!

Evinizi bizimlə qurun! Ancaq yadda saxlayın ki, Evinizdə ən əsası Sevgidir...

Hörmətlə

Designmarket.az

 
Система Orphus