Mal və xidmətlərin kateqoriyalarının seçilməsinə dair təlimat

  1. 1. Mövcüd siyahıdan kateqoriyaların seçilməsi

1.1 Diqqət! Şirkətinizin axtarış nəticələrində düzgün şəkildə göstərilməsini təmin etmək üçün mövcud kateqoriyalar siyahısından mümkün qədər dəqiq təklif etdiyinizləri seçməyə çalışın.Şirkət axtarış nəticəsində yalnız Sizin qeyd etdiyiniz kateqoriyalar üzrə əks olunacaq. Əgər Sizin kateqoriyalar siyahıda yoxdursa, bu təlimatın 2 addımına keçin.

Təklif etmədiyiniz kateqoriyalar seçməyin! Bu halda, şirkətinizin reytinqi düşəcək.

1.2 İlk açılan siyahıda "Məhsullar" və ya "Xidmətlər" seçin.

Instraz1

1.3 Müvafiq kateqoriyanı seçdikdən sonra malların və ya xidmətlərin əsas bölmələri olan ikinci siyahı açılır. İstədiyiniz hissəni seçin.

Instraz2

1.4 Əsas bölməni seçdikdən sonra, seçilən kateqoriyanın alt bölmələri ilə daha bir siyahı açılır. Siyahıdan istənilən alt bölməni seçin.

Instraz3

1.5 Daha sonra malların istehsal elədiyi ölkəni seçin. Bu siyahıda bir dəfəyə bir neçə ölkəni seçə bilərsiniz. Birinci ölkəni seçdikdən sonra daha bir neçə ölkəni seçmək üçün siyahının üzərinə yenidən basın və əlavə ölkələri seçin. Lazım olan ölkənin axtarışını asanlaşdırmaq üçün yuxarı sahədə ölkənin adını yazın.

Instraz4

1.6 Brendlər (marka) siyahısında təklif etdiyiniz brendi seçin. Bu siyahıda bir dəfəyə bir neçə brend seçmək olar. Sizin brend siyahıda olmadıqda, "Sizin brend siyahıda olmadıqda, yeni brendi bura əlavə edin" sahəsindən istifadə edin və brendinizi bu bölməyə əlavə edin. Diqqət! Rahatlıq üçün, əvvəlcə, təklif etdiyiniz, lakin siyahıda olmayan bütün brendlərin adlarını əlavə edib, sonra kategoriyanı seçməyə tövsiyə edirik. Siyahıya yeni bir brend əlavə edərkən, əvvəlki kateqoriyalarda seçilmiş bütün brendlər təkrar seçilməlidir.

Instraz5

1.7 Brendi seçdikdən sonra seçilmiş seçilmiş kateqoriyaya aid malın növləri ilə daha detallı bir bölmə açılacaq. Bü bölmədə bir dəfəyə bir neçə kateqoriya seçmək olar.

Instraz6

1.8 Əvvəlki siyahıdan kateqoriya seçildikdən sonra, əgər belə siyahı varsa, malların növləri üzrə daha detallı bir siyahı açılacaq. Əvvəlki siyahıdan bir neçə kateqoriya seçilibsə, başlıqlar ilə bölünmüş bütün seçilmiş kateqoriyalar üzrə siyahı açılacaq. Belə halda hər bölmədə seçim etmək lazımdır. Məsləhət! Bu siyahıdan Sizə çox sayda adlar seçmək lazımdırsa, rahatlıq üçün əvvəlki siyahıdan bir kateqoriyanı seçin, digərlərini isə + Yeni kateqoriya əlavə et bölməsindən əlavə edin.

Instraz7

1.9 Bütün kateqoriyaları sona gədər seçdikdən sonra, yenə kateqoriya əlavə etmək istəyirsinizsə, + Yeni kateqoriya əlavə et bölməsinin üstünə basın. Bundan sonra, kateqoriya seçmək üçün siyahı ilə daha bir sətir gələcək.

Instraz8

2.1 Sizin kateqoriya siyahıda yoxdursa, yeni kateqoriyanın əlavə edilməsi.

2.1 Siz təklif etdiyiniz mal və ya xidmətlər siyahıda yoxdursa, " Sizin kateqoriya siyahıda yoxdursa, yeni kateqoriyanı bura əlavə et" sahəsinə keçin.

Instraz9

2.2 Siz bir neçə kateqoriya əlavə etmək istəyirsinizsə, onları bu sahədə vergüllə ayıraraq yazın.

Kateqoriyalar üzrə qeydiyyatla əlagədar Sizin suallarınız qaldısa, onları cavablandırmaqda məmun olarıq. Bizimlə saytda qeyd olunan əlaqə forması və ya telefon nömrələri vasitəsi ilə əlaqə saxlayın və biz Sizə kömək etməyə çalışacağıq.

 
Система Orphus