Şərtlər və qaydalar

  1. Designmarket.az – Saytda nəzərdə tutulan standart formata uyğun olaraq, öz istifadəçilərinə fəaliyyətinin növü haqqında məlumatı yerləşdirmək üçün hüququ verən memarlıq, tikinti, təmir və dizayn sahəsində bir məlumat-informasiya portalıdır (Saytıdır).
  2. Saytın standart formatında istifadəçilər tərəfindən təqdim edilən bütün məlumatların yerləşdirməsi pulsuzdur.
  3. İstifadəçilər və onların fəaliyyəti haqqında istənilən əlavə məlumatlar Saytın kommersiya siyasəti ilə nəzərdə tutulan qiymətlərə uyğun olaraq yerləşdirilir.
  4. Yalnız qeydiyyatdan keçmiş istifadəçilər Saytda məhsul və xidmətlər haqqında məlumat yerləşdirə bilərlər.
  5. Qeydiyyatdan keçmiş hər bir istifadəçiyə, saytda yerləşdirə biləcək şirkətlərin sayına məhdudiyyət qoyulmur.
  6. Saytda şirkətlər və mütəxəssislər haqqında yalnız düzgün məlumat yerləşdirə bilərsiniz. Öz biznesi barədə yalnış məlumat yerləşdirən istifadəçilər bloklana bilərlər. Veriləcək qərar Sayt administrasiyasının öz ixtiyarında olacaq.
  7. Sayt istifadəçilər tərəfindən Saytda yerləşdirilən media materialları məqalə və ya başqa məlumat materiallarına dair illustrasiya kimi istifadə etmək hüququnu özündə saxlayır.
  8. Saytda yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
  9. İstifadəçilərin bütün şərhləri Saytda administrasiya tərəfindən yoxlanıldıqdan sonra dərc olunacaq.
  10. Sayt administrasiyası təhqiramiz, qərəzli və ya qəsdən yalnış xarakterli və ya ədəbsiz ifadələr daşıyan şəhr və ya hər hansısa bir digər məlumatlara dair məhdudlaşdırmaq ( bloka salmaq) hüququnu özündə saxlayır.
  11. Siyasi və ya dini xarakter daşıyan, və ya ekstremist fəaliyyətə çağırışları özündə əks etdirən şərh və ya hər hansısa bir digər məlumatların Saytda yerləşdirilməsinə yol verilmir.
  12. Saytın materialları digər şəxslər tərəfindən mütləq designmarket.az sayt linkini qeyd etməklə məhdudiyyətsiz istifadə edilə bilər.

 
Система Orphus