Havalandırma və kondisionerləşdirmə sisteminin quraşdırılmasında otaqlarda təmiz havanın gəlməsini təmin etməsi, zərərli qatışıqların təmizlənməsi, rahat temperaturun və rütubət səviyyəsinin saxlanılması və s. əsas məqsədlərdir. Otağın tipindən, ölçüsündən, ətraf mühitin şəraitindən və s. asılı olaraq müxtəlif tipli havalandırma və kondisionerləşdirmə istifadə etmək olar. Havalandırma və kondisionerləşdirmə sistemi binanın tikilişi və otaqların təmiri zamanı otağın bütün tələblərini və avadanlıqların texniki xarakteristikasını nəzərə alaraq layihələndirmə mərhələsində təmin edilməlidir.