İnteryerdə təbii dərilər
Təbii dərilərdən hazırlanan məhsullar son illərdə interyer dizaynın ən dəbdə olan trendlərindən biridir. İnsanlar heyvan dərilərini evlərdə əsrlər boyu istifadə edib. Onlar interyerə özünəməxsusluq və rahatlıq verir, istidir və sakitləşdirirlər. Təbii dərilərin misilsiz üstünlüklərindən biri də təbii rənglərin, formaların, yunun keyfiyyətinin və ölçülərin unikallığıdır. Bu, demək olar ki, hər üsluba və məkana uyğun olan az sayda ev əşyalarından biridir. Növündən və emalından asılı olaraq dərilər həm sırf dekorativ, həm də funksional məqsədlər üçün istifadə edilə bilər. Bu məqalədə, onları interyerdə istifadə etmək üçün müxtəlif ideya və variantları nəzərdən keçirəcəyik.
1. Yumşaq mebel üçun örtük və ya şal (pled)
Bu məqsədlər üçün həm bütöv dərilərdən, həm də ayrı-ayrı parçalardan tikilmiş daha böyük məhsullardan istifadə etmək olar. Adətən, daha çox yumşaq və axan dəri tükləri olan, toxunuşda xoş təsərrüfat yaradan xovlar istifadə olunur.
2. Yataq örtüyü
Təbii dərilərdən hazırlanmış inanılmaz yataq örtüyü otağınızın interyerini şık və rahat edəcəkdir.
3. Stul və ya kreslo üçün örtük
Dəri örtüklü bir stulda oturmaq dahada yumşaq və isti olur.
4. Tumba, kamod masası və digər mebel əşyaları üçün dekorativ örtük
Dəri dekorasiyası sizin kamodu bir anda dəyişdirə bilər.
5. Döşəmə xalçası
Dərilərdən hazırlanmış xalçalar həm qonaq, yataq, uşaq, iş otağlarında, həm vanna otağlarında istifadə edilə bilər. Döşəmə xalçası kimi adətən böyük heyvanların fərdi dərilərindən istifadə olunur. Belə xalçalı interyer aristokratik bir görünüşə malik olur. Son illərdə daha çox populyarlıq qazanan başqa bir seçim də yumşaq dəridən hazırlanmış tüklü xalçalardır.
6. Divar dekoru
Təbii dərilərdən hazırlanmış divar dekorasiyası üçün saysız-hesabsız seçim var – fərdi bütöv dərilərdən tutmuş divar xalçaları və müxtəlif pannolara gədər.
7. Ev heyvanları üçün döşəklər
Təbii dəridən hazırlanmış xalça ev heyvanınız üçün ən sevimli yerə çevriləcəkdir.