Məqalələr

Təmir və dizayn haqqında

Ar Deko -gözəl yaşamaq qadağan edilməz!

Ar Deko interyer

Şık və cah-calallıq - bu iki söz ar deko üslubunun mahiyyətini tam müəyyən edir. Bu üslub XX əsrin 20-30-cu illərində yaranmış və inkişaf dövrünü yaşamış. Ar deko Hollivud ulduzlarının, möhtəşəm yaxtaların və lüks otellərin üslubudur.

Ar deko bahalı materiallardan, parça, dəri və xəzlərdən istifadə ilə xarakterizə olunur. Belə interyerdə ətraf parıldayır, qayğısız və əbədi bayram əhval hissi yaradır. Təəccüblü deyil ki, doğan günəş ar deko üslubunun ən tanınılan simvoludur. Müxtəlif şəkillərdə günəş simvolu - ətrafa gün şüaları ilə saçan güzgü, demək olar ki, belə interyerlərdə, hər zaman mövcuddur.

Ar Deko rəng palitrası interyerdə


Eyni zamanda cah-calallıq praktiklik və rahatlıq ilə uğurla tamamlanır. Müasir texnikanın bütün spektri parlaq interyerlərə çox gözəl yaraşır.

Ar deko üslubuna qədim Misir motivləri, həmçinin Afrika xalqlarının və hinduların incəsənəti mühüm təsir göstərib.

Ar Deko üslubunda interyer

Ar dekonun əsas rəngləri qara və ya tünd qəhvəyinin krem rəngi ilə birləşməsidir. Rəng çalarlarında tez-tez bənövşəyi, bənövşə, tünd göyə rast gəlmək olar. Əsas rənglər qızılı və gümüşü ilə bolluca əlavə olunur. Interyer əşyalarında nikel, alüminium, xrom, qızıl örtmə, büllur və keyfiyyətli şüşə istifadəsi də geniş tətbiq olunur.


Ar deko üslubunun həndəsəsi – düz xətt, oval, ziqzaq, pillələrdir.

Ar Deko vanna otağı

Bahalı mebelin ayrı-ayrı nüsxələri zərif görünür və basırıqlıq hissi yaratmır.

Tekstil tam möhtəşəmliyi ilə təqdim olunur. Belə interyerlərdə ipək, məxmər, satin parça daha populyardır. Klassik interyerlərdən fərqli olaraq ar deko üslubunda pərdəlik parça və tekstilin bol istifadəsi qəbul olunmazdır. Eyni zamanda, keyfiyyətlə işlənmiş dəri və xəzlərə tez-tez rast gəlmək olur.

divan və güzgü Ar Deko

Ar deko üslubu daha bir fərqləndirici detalı heyvan və antropomorf fiqurlar təşkil edir.

Ar Deko kreslolar kürsülər


Ar deko – gözəl həyat haqqında bir nağıldır. Əgər Siz öz həyatınıza bayram əhval-ruhiyyəsi qatmaq istəyirsinizsə, parlaq emosiyalardan və yeni təəssüratlardan çəkinmirsinizsə, sözsüz ki, belə interyer sizin ürəyinizcə olacaq.

<=İngilis üslubu - centelmenlər üçün interyer

Ar Nuvo - təbii obrazların mistikası =>

Digər məqalələr

Rəy yaz

Система Orphus