Məqalələr

Təmir və dizayn haqqında

Ampir - cah-calallıq və möhtəşəmlik

Ampir üslubunda qonaq otağının interyerı

Fransiz dilindən tərcümədə “ampir” sözü “imperiya” deməkdir. Bu üslub XVIII əsrin axırlarında yaradılıb və an çox inkişafı imperator Napoleon Bonapartın dövründə olub. Həmin üslub – imperiya şöhrətpərəstliyin və işğalçılığın təcəssümüdür. İsraf və möhtəşəmlik, eyni zamanda ciddilik və yığcamlıq ampiri başqa klassik üslublardan fərqləndirir. Ampir üçün həmçinin hərbi mövzusu, Qədim Roma və Misir monumental formaların istifadəsi xarakterik sayılır.

Qayıq formalı divan, Ampir üslubu


Ampir interyerinin rəng çalarları – zəngin və dəbdəbəli kral rəngləridir: qırmızı, yaşıl, mavi. Qızıl, gümüş və bürüncdən də dekorda geniş istifadə olunur. Ampirin fərqləndirən memarlıq elementləri – sütun, pilyastr, friz, konsollar antik imperiyaların formalarından götürülüb. Həmçinin dekorda şir, qartal, antik sfinks və qrifonların heykəllərindən də çox vaxt istifadə olunur. Ampir üslubun həndəsi formaları – dəqiq düz xətlər və bucaqlardır. İncəlik, dəyirmilik, asimmetriya isə dünya üzərində təntənəli qələbənin ruhuna uyğunsuz kimi qəbul edilməzdir.

Kremlin Böyük sarayının Georgiyevskiy zalı, Moskva, Ampir üslubu


Ampir üslubda döşəmənin əsasını antik mövzulu naxışlarla bəzədilmiş mərmər ya bahalı cinsli ağaclar təşkil edir. Divarlarda da çox vaxt mərmər, həmçinin atlas ya ipək parçası istifadə olunur. Adətən ağ rəngə boyanmış tavan antik naxışlar və zərli bəzək işlərində istifadə olunur.

Qapılar uzadılmış düzbucaq formasına malikdirlər. Pəncərələr çoxlu olmalıdır: hündür, bol işıq axdıran. Qapılar və pəncərələr xonça, piştağ və pilyastrlar ilə bəzədilir. Fransız pərdəsi – ampir dekorunda tez-tez rast gələn elementdir.

Kremlin Böyük sarayının Andreyevskiy zalı, Moskva, Ampir üslubu

Ampir üslubunda mebel həmişə bahalı ağac cinslərindən istehsal edilir, adətən bürünc örtmələr ilə bəzədilir. Mebellərin dayaq elementləri çox vaxt şir pəncəsi şəklində düzəldilir. Mebel dekorunda tez-tez antik memarlıq elementlərdən istifadə olunur. Ampir dövründə mebel yenidən ağır və düzbucaq formalara qayıdır, kurul kreslo, qayıq formalı çarpayıdivanlar dəbə girir. Həmin dövrdə ilk dəfə konveyer üsulu ilə istehsal olunmuş mebel meydana çıxır. Həmin vaxtlar ampir üslubun xüsusiyyətlərini saxlayaraq, bahalı orijinalların təqlidləri istehsal olmaq üçün ucuz materiallardan istifadə olunur. Beləliklə, əhalinin daha geniş təbəqələri üçün belə mebellər əl çatan olur.

Ampir üslubunda dekor

İşıqlandırmada iri, ağır, qızıllı zəncirlər ilə çılçıraq, bra, şamdanlardan istifadə olunur. Ucuzlaşdırmaq məqsədi ilə onlarda da bürünc rənginə boyanmış papye-maşe elementlərindən istifadə olunur.

Aksessuarlar arasında saatlar, oyma çərçivəli rəsm əsərləri, əl işi olan xalçalar, müxtəlif silah növləri görünə bilər. Bəzək üçün, həmçinin heykəllər, tematik çini istifadə olunur, hərbi qalxan, dəbilqə, qılınc, hərbi nişan və şöhrət çələngilərin naxışları əsas mövzusudur. İri güzgülər ampir üslubunun ayrılmaz hissəsidir, psişe-güzgülərdən çox istifadə olunur.

yataq otağının interyerində Ampir üslubunun elementləri



Ampir üslubu təntənəlik, teatrallıq, genişliyi ilə fərqlənir. Bu üslub geniş otaqlar, mərasim zalları üçün yaradılıb, o, böyük işlər üçün xoş əhval-ruhiyyə yaradır, tam qələbəyə doğru yönəldir. Əgər Siz məqsədə nail olan şəxsiyyətsinizsə, yersiz xırdalıqlara fikir vermirsinizsə, Sizi yoldan çıxartmaq çətindirsə, bu üslub Sizin üçün güc və ilham mənbəyi ola bilər.

<=Amerika üslubu - ailə ənənələri və rahatlıq

İngilis üslubu - centelmenlər üçün interyer=>

Digər məqalələr

Rəy yaz

Система Orphus