Məqalələr

Təmir və dizayn haqqında

İngilis üslubu - centelmenlər üçün interyer

İngilis üslubu

İngilis üslubu – konservatizm, incəlik və ləyaqətlikdir. Bu üslub mebel və digər dekor elementlərində çox istifadə olunan bahalı ağac cinslər və təbii parçalar, dəri, zəngin rəng çalarları və bəzi kolonial üslub notlarından asanlıqla tanınılır. Bu üslub süni materialları sevmir və başqa üslublar ilə çətinliklə uyğunlaşır.

Buxarı – ingilis interyerinin qəlbidir, onun qarşısındaki kreslolar isə canlı alovun magiyasını əyləşib hiss etməyə cəlb edir.

İngilis üslubu qonaq otağı

Üz işləmələrində üstünlük ağaca verilir. Taxta döşəmədə təbii laklı lövhə və ya mürəkkəb naxışla yığılmış parket istifadə oluna bilər. Divarlar mebel rənginə uyğun taxta panellər ilə işlənir. Moldinqlər də çox vaxt divarlar, tavanın bəzənməsi üçün, həmçinin şəkillər, güzgülər və sair obyektlərin çərçivəsində də istifadə olunur. Adətən, divarın aşağı hissəsi daha tünd, yuxarı hissəsi isə eyni rəngin daha açıq çalarları ilə boyanır. İngilis üslubunda klassik zolaqlı divar kağızları çox gözəl ağac ilə tamamlanır.

İngilis üslubu interyer

İngilis interyerində təbii tünd ağac cinsləri üstünlük təşkil edir. Ağır oyma dolablar, komodlar, kitab stellajları həmin üslubda taxta çipenddeyl stullar, naxışlı çay masaları, nazik şüşə qapılı etajerlər ilə uyğunlaşır.

İngilis üslubunda ən populyar mebel elementlərdən biri – təbii dəridən hazırlanmış çesterfild divanı və dəri ilə çəkilmiş hündür söykənəcəkli stullar təşkil edir. Həmçinin çiçəkli çit üzlüklü, yumşaq qoltuqaltıqlarlı və naxışlı söykənəcəkli yumşaq mebellər də üslubun simvolu sayılır.

İngilis üslubunda kitabxana

İngilis interyerı keyfiyyətli təbii parçaları ilə fərqlənir - ipək və məxmər pambıq ilə uyğunlaşır. Çox saylı xalça, yastıq, şal, süfrə, ağır lambrekenli və salxımlı pərdələrin interyerə bəzi darıxdırıcılıq gətirsədə, eyni zamanda isidir və təhlükəsizlik hissəsi yaradır.

Dekor predmetləri çox sayda mövcuddur. Bunlar heykəllər, çini, klassik süjetli rəsmlərdir. Adətən, bahalı şəkillər sadə nəzərə çarpmayan çərçivələrə qoyulur, ucuz nümunələr isə ağır oyma taxta ilə çərçivələnir.

İngilis üslubu qonaq otağı

Bir az boğuq işıqlandırma rahatlıq əhval-ruhiyyəsi yaradır. Çox lampalı çılçıraqlar, divar şamdanları, torşerlər və parça abajurlu masaüstü lampalar – ingilis interyerinin atributlarıdır.

İngilis üslubunda qırmızı divarlar

İngilis interyeri aristokratlığı və ənənələrə sadiqliyi vurğulayır. Əgər Siz sabitliyə can atırsınızsa, kitab oxumaqdan, çırtıldayan buxarı ətrafında sakit söhbətlərdən həzz alırsınızsa, onda Siz belə mühitdə özünüzü rahat hiss edərsiniz. İngilis üslublu ev – Sizi və Sizin yaxınlarınızı müasir həyatının iti tempindən qoruyan sakitlik və sabitlik adasıdır.

<=Ampir - cah-callalıq və möhtəşəmlik

Ar Deko - gözəl yaşamaq qadağan edilməz!=>

Digər məqalələr

Rəy yaz

Система Orphus