Məqalələr

Təmir və dizayn haqqında

Skandinaviya üslubu - isti, işığlı və rahat

Kinabxana, skandinaviya üslubu

Adından da aydındır ki, skandinaviya üslublu interyer skandinaviya ölkələrində yaranıb. Bu üslub əsas populyarlığını 20-ci əsrin 50-ci illərində qazanıb və yaratdığı isti və rahatlıq hissi sayəsində bu günlərdə də çox tələb olunandır.

Soyuq skandinaviya ölkələrində çatışmayan istilik və günəşə can atmaq, bu üslubun rənglərinin seçiminə səbəb oldu. Belə interyerlərdə müxtəlif çalarlarla ağ rəng üstünlük təşkil edir. Lakin, bəzi hallarda əsas rəng kimi ağ rəngin əvəzinə skandinaviya təbiətinin hər hansısa bir açıq pastel çaları –yaşıl, ağac, dəniz, daş rəngləri istifadə oluna bilər. Skandinaviya üslubu parlaq aksentlərdən də yan keçmir. Qara, qırmızı, göy, yaşıl, sarı, bənövşəyi – bu rənglər ayrı-ayrı əşyalarda mövcud olur, lakin onların üzərində ciddi məhdudiyyət olmalıdır ki, ağ fondan dominantlığını öz üzərinə götürməsin.

Mətbəx, skandinaviya üslubu

İnteryerdə istifadə olunan əsas material ağacdır. Bu rənglənmiş lövhələr və ya sadəcə təbii şəkildə ağac ola bilər. Başqa təbii materiallar da – daş, dəri, xəz, təbii tekstil də tez-tez istifadə olunur. Bundan başqa döymə metal, şüşə, kərpicə də tez-tez rast gəlmək olar.

Döşəmə əksər skandinaviya interyerlərində taxtadan olur. Boyanmış lövhə, parket lövhə, parket belə interyerlərə çox gözəl yaraşır. Həmçinin döşəmədə sadə şəkilli və ya nordik ornamentli xalça da görmək olar. Divar və tavan sadəcə ağ rəngə boyana, ağacla örtülə, üzərinə daş və ya kərpic üzlük vurula bilər.

Skandinaviya üslubu, hamam otağı

Soyuq iqlimdə günəşin hər şüası xüsusən qiymətli olduğundan, pəncərələr adətən pərdələnmir. Uzağı, pərdə üçün ağ rəngli və ya onun çalarlarında olan şəffaf və ya yarımşəffaf təbii parçandan istifadə olunur.

Elektrik işıqlandırma kifayət qədər işıq təmin etmək üçün adətən ayrı-ayrı zonalara yönləndirilir.

Skandinaviya üslubu, qonaq otağının interyeri

Adi skandinaviya mənzillərinin kiçik ölçülü olduğunu nəzərə alaraq, mebel yığcam və bununla bərabər həcmli olmalıdır. Ona görə də adətən otaqlarda balaca və lakonik formalı yumşaq mebellərlə bərabər çoxlu müxtəlif taxça, daxili dolablar qurulur. Divarlarda tez-tez üzərində kitab, fotoşəkil, müxtəlif güldan, fiqurlar və ya şamdanlara açıq rəflərə rast gəlmək olar.

Ağ divarlarda dekor əşyalardan adətən rəsm, fotoşəkillər asılır. Həmçinin müxtəlif fiqur və ya kobud xam ağacdan əşyalar, divan ,stul üzərinə atilmış və ya döşəməyə sərilmiş heyvan dərisi də populyardır. Skandinaviya interyerlərində canlı bitkilər nadir hallarda görünür, lakin quru budaqlardan kompozisiyalara tez-tez rast gəlmək olar. Skandinaviya üslubunda dekora ümumi tələb mülayim və təbiilikdir.

yataq otağı, skandinaviya üslubu


Skandinaviya üslubunun üstünlüklərindən biri səliqəliyə tələbsizlikdir. Gündəlik həyatda istifadə olunan bütün əşyalar belə bir interyerə uyğun gəlir. Rəf və ya jurnal stolunda unudulmuş heç bir əşya səliqəsizlik hissi yaratmir, əksinə rahatlığı artırır. Skandinaviya interyeri şimal təbiətdə olan nemətlərini istifadə edir və onları coşan havada şəraitindən işıqlı, isti və rahat sığınacağa çevirir.

<= Neoklassisizm - əski üslubun yeni oxunuşu

Zen - sakitliyi seyr etməsi =>

Digər məqalələr

Rəy yaz

Система Orphus