Məqalələr

Təmir və dizayn haqqında

Zen - sakitliyi seyr etməsi

Zen üslubunda qonaq otağının interyeri

Zen interyeri – buddizmin zen fəlsəfəsinin maddi ifadələrindən biridir. Zen anlayışı müasir insana yaxın və aydın təriflər vasitəsi ilə təsvir etmək çətindir. Daxili sərbəstlik, ehkamların inkarı, dünyanı seyr ilə dərk edilməsi, keçmiş və gələcəkdən imtina və indiki anla yaşamaq – bu kateqoriyalar çox vaxt zen anlayışı ilə əlaqələndirilir və interyerlərin yaratma üsullarında öz tətbiqini tapır.

Adi əşyalarda gözəlliyi görmək bacarığı, zaman axarının duyğusu, öz adi görünüşündə təbii materialların gözəlliyi, əşyaların mahiyyətinin anlaması, insan və təbiət əsərlərinin arasındakı hüdudların silinməsi və, əlbəttə, boş məkanın və sükutun gözəlliyi və dəyərini dərk etməsi, şüurun əhvalını sanki həmin zen adlanan hissedilməz uçuş və dinclik duyğusuna yaxınlaşdırmağa imkan verir.

zen üslubunda hamam

Zen interyerin dizaynı, hər hansısa qayda və ciddi tələblərdən imtinanı nəzərdə tutaraq, öz fəlsəfə oriyentirlərinə çatmaq cəhdi ilə onları əvəz edir. İnteryerin sadəliyi, gərəksiz əşyaların olmaması, dekor və interyer nümunələri kimi təbii elementlərin istifadəsi bu üslubun əsasını təşkil edir. Nizam və simmetriya məkana harmoniya əlavə edir.

Ağac, daş, bitki, su zen üslubunun interyerinə təbii rənglər bəxş edir. Zen formaları sadə və minimaldır, fakturaları təbii və qatqısızdır. Əsas materialları ağacdaş təşkil edir, və onların təbii gözəlliyi gizlədilmir, əksinə müvafiq emal ilə vurğulanır.

zen, qonaq otağı

Zen boşluğu interyerlərdə minimum dekor elementlərə malik olan birrəngli açıq örtüklər vasitəsi ilə əldə olunur. Üzərində gül və ya rəsm olan yalnız bir taxçanın mövcudluğu, çatdırılan fikri mənasını müəyyən etmək üçün kifayət edir. Otağın açıq səma altında məkana sanki səlis keçməsinə imkan yaradan iri pəncərələr vəhdət hissi yaradır. Təbii bitki, daş və suyun mövcudluğu insan və təbiət arasında olan sərhədləri daha da çox aradan götürür.

Zen üslubu müasir evində

Zen üslubunun işiqlandırması otağın bütün guşələrə çatan günəş işığıdır. Axşam saatlarında – “bura və indi” üçün vacib olanı göstərən və ətrafında indiki an üçün “mövcud olmayan”ı torana salan mülayim dağınıq lokal işıqdır.

Dekor elementləri zen üslubunda

Avropa anlayışının nəzər nöqtəsindən, zen interyeri – minimalizmin, interyerin dekorunda praktiki yanaşma və təbii forma və materiallara vurğulanan yapon mövzuları ilə harmonik birləşməsidir. Belə interyerlərdə, üslublaşdırılmış yapon şırma, aralanan qapı, yapon və çın ənənəvi fənər, xarakterik rəng çeşidli tekstillərə tez-tez rast gəlmək olur. Yapon daş bağları, daş, bitki və axan sudan ibarət olan qəşəng kompozisiyalar yaratmaq üçün timsalını təşkil edir.

Zen interyeri – gündəlik təlaşı unutmaq, öz şüurunu aydınlaşdırmaq, bu anın mahiyyətini hiss etmək və həyat enerjisi ilə təmin olunmağın üsuludur.

<= Skandinaviya üslubu - isti, işıqlı və rahat

Digər məqalələr

Rəy yaz

Система Orphus