Məqalələr

Təmir və dizayn haqqında

Neoklassisizm - əski üslubun yeni oxunuşu

Mənzil interyerdə neoklassisizm

Müasir qablaşdırmada klassik forma – belə bir cümlə ilə neoklassisizmi interyerlərin dizaynında xarakterizə etmək olar. Üslubun adından da aydındır ki – bu, müasir şəraitlərə adaptasiya olunmuş və ən yeni texnologiyaların bütün üstünlüklərini istifadə edən yeni klassikadır.

Neoklassisizm ayrıca bir üslub kimi XIX əsrdə formalaşıb, və vaxti ilə klassisizm qəliz naxışlı rokokonun əksi olduğu kimi, neoklassisizm o vaxtlar modanın zirvəsində olan modernin əksi oldu. Klassik üslubu kimi, neoklassisizm sadə və yığcam antik forma və proporsiyalara qayıtmasını güman edirdi. Düz xətlər, simmetriya, harmoniya və praktiklik – neoklassikanın interyerə əsas tələbləridir. Bu üslub lazımsız detalları və bəzəkləri qəbul etmir, o, sadə və nəcibdir. O, qocalmayan klassikanın estetikası ilə ruhlandıraraq, eyni zamanda məkanı genişləndirir və onu maksimal erqonomik edir.

Neoklassika, qonaq otağı


Sütun, pilyastr, tağ, karniz kimi klassikada istifadə edilən bütün antik elementlər, neoklassisizmdə də tələb olunur, yalnız bir fərq ilə, yeni oxumada, onlar dekor elementi olaraq dayaq yükü daşımır, və adətən otağın zonalaşdırması üçün istifadə edilir. Neoklassisizmdə örtüklərin bəzənməsi üçün üstünlük bahalı təbii materiallara verilir, lakin, köhnə klassikadan fərqli olaraq, həmçinin ən yeni süni materiallardan da istifadə edilir. Əsas rəng çeşidi – pastel rənglərin sakit isti çalarları, açıq qəhvəyi rənginin bütün isti çalarları ağ-süd rəngindən acıq darçın, yumşaq qızılıya qədər.

Yeni klassikada döşəmə, idealda elə həmin bahalı ağac cinslərdən düzəldilmiş naxışlı parketlərdir, hərçənd parket lövhəsi və, hətta, bəzi vaxtlarda laminatın da istifadəsi mümkündür.

Neoklassisizm üslubunda ev interyeri

Divarlar təbii daş rənginə rənglənə bilər, sadə naxışlı divar kağızı və ya parçası, poliuretanlı dekorativ elementlərdən də istifadə oluna bilər.


Yeni klassikada tavan - əsasən ağ və ya divarların rənginə uyğun açıq rənglərdədir. Karniz, çılçıraq-altı rozetka və nəzərə çarpmayan tökmə bəzəklərdən tez-tez istifadə olunur. Lakin dartma tavanların istifadəsinə də yol verilir.

Neoklassika üslubunda mətbəx

Yeni klassikada tekstil – pəncərələrdə və ya divarların dekorunda bahalı ipəkdir. Yarımdairəvi lambreken və jabolar ənənəvidir. Yumşaq mebellərin üzlüyü əsasən açıq tonlu və sakit rəngdədir.

Otağın mərkəzində yerləşən böyük mürəkkəb büllur çılçıraq çox vaxtlarda neoklassik interyerlərin bütün müsbət üstünlüklərini yaxşı mənada vurğulayir və əla işıqlandırır. Divar çıraqları və parça abajurlu torşerlər interyeri tamamlaya bilər və ehtiyac olduğu yerləri əlavə işıqla təmin edə bilərlər.

Neoklassisizm minimum dekor elementlərinə meyl edir. Bu rəsm, güldan, kiçik heykəllər də ola bilər. Gözəl çərçivəli böyük güzgülər bu üslubda hələ də aktualdır.

Neoklassika, dəhliz interyeri

Neoklassikada mebel çox vaxt təbii ağacdan, kiçik ölçülü və aydın funksional təyinatlı, ayaqları adətən bir az əyilmiş keyfiyyətli əşyalardır. Mebel divar boyunca düzülür və yüngüllük və sərbəstlik hissini dəstəkləyir.

Yeni klassika ən yaxşı geniş otaqlara, bir birinə səlis keçən açıq məkanlara yaraşır. Neoklassisizm – dəqiq vaxt çərçivələri olmayan bir üslubdur. O, hər dövrdən yenı bir şey götürərək keçmiş günlərin təlaşını sanki geri qoyur, bizim həyatımız ilə birlikdə yeniləşir, ənənələri qoruyur və klassık əsaslara və ideallara sadiq qalır.

Digər məqalələr

Rəy yaz

Система Orphus