Məqalələr

Təmir və dizayn haqqında

Amerika üslubu - ailə ənənələri və rahatlıq

Amerika üslubunda qonaq otağı

Amerika üslubu XVII əsrdə insanların kütləvi şəkildə yeni materikə köçürülməsi dövründə yaranıb. Əsrlər ərzində formalaşaraq, həmin üslub müxtəlif xalqların adət ənənələrini özündə birləşdirərək, çox dəqiqliklə Amerika xalqının xasiyyətini və tarixini əks etdirən eklektik sintezdir.

Yumşaq mebel və buxarı, amerika üslubu


Adi amerikalılar haqda nümayiş olan çoxlarımızın sevdiyi Amerika filmlərində (melodrama, döyüş, komediya) interyerləri yadımıza salaq. Həmin an böyük mətbəxin, mərkəzdə televizorla üzbəüz iri divan, buxarı, divarlarda ailə şəkillər ilə geniş qonaq otağın, rahat yataq otaqların təsviri yaranır. Amerika interyeri ailəvi bayram şam yeməyi ilə assosiasiya doğurur, psixoloji rahatlıq və sərbəstlik hissi yaradır.

Amerika üslubunda hamam otağı

Adi insanların həyatını əks etdirən Amerika interyeri – bir çox hallarda təbii daşlara və ağaca oxşayan süni materiallar istifadə etməklə münasib interyeri təmsil edir. Belə interyerlərdə MDF panellərlə örtülmüş divarlara, döşəməüstü plitələrə tez-tez rast gəlmək olur.

Amerika interyerinin əsası – dəhliz, qonaq otağı, mətbəx, yemək otağını birləşdirən açıq məkandır. Vizual şəkildə, həmin otaqların əksəriyyəti bir birindən funksional təyinatlara görə tağlarla ayrılır.

Qonaq otağının vizual mərkəzini ortasında yerləşən iri divan, bir neçə kreslo, kiçik masa, televizor təşkil edir. Belə qonaq otağında qonaq qəbul etmək, böyük ailəni toplamaq xoş və rahatdır. Qonaq otağının əsas xüsusiyyətlərindən biri də təbii alovlu buxarı ola bilər. Döşəmədə süni plitka, parket lövhəsi ya laminat istifadə oluna bilər. Xalçalar üslubun xarakterik atributu sayılmır, əgər interyerdə mövcud olsa belə, diqqət cəlb etmir. Divarlarda müxtəlif etajerlər, oyuqlar, kitab rəflər gözə çarpır. Divarlara boya ya sadə naxışlı divar kağızı çəkilir. Tavan da, həmçinin, mürəkkəb quruluşa malik olmur, adətən moldinqlərdən istifadə olunur.

Amerika üslubu
Bir qayda olar, mərkəzi tavanın çılçıraqlar ilə işıqlandırılması, ancaq ümumi otaqlarda – qonaq və yemək otaqlarında mövcud olur, bununla onların xüsusi olduqları qeyd olunur. Qalan otaqlarda adətən müxtəlif tipli lokal işıqlanma cihazlardan istifadə edilir.

ağ rəngdə qonaq otağı, amerika üslubu

Amerika interyerlərində həm açıq həm də tünd rənglərin sakit tonlarından istifadə olunur. Sadə həndəsi və gül naxışlı təbii parçaların istifadəsinə çox diqqət verilir. Pəncərələrdə pərdə ya tüllərdən istifadəsi mütləqdir.
Amerika üslubu, interyer
Geniş və işıqlı, mütləq olaraq mətbəx adası ilə olan, Amerika evlərində mətbəx xüsusi diqqət tələb edir. Müasir məişət texnikasının mətbəx və digər otaqlarda çoxluğu da Amerika interyerinin xarakterik xüsusiyyətidir.
Amerika üslubunda ağ divanlar
Amerika interyerində ciddi qaydalar və kanonlar mövcud deyil. Üslub özü, sanki insan dəyərlərinə və Amerika arzusuna təcəssüm etdirir. Əgər Siz demokratik, öz ailənizi sevən, praktik insanlardansınızsa, onda Amerika interyeri məhz Sizin üçündür.

<=Avanqard - qətiyyət və etiraz


Ampir - cah-callalıq və möhtəşəmlik=>

Digər məqalələr

Rəy yaz

Система Orphus