Məqalələr

Təmir və dizayn haqqında

Avanqard - qətiyyət və etiraz

Avanqard, mətbəx-qonaq otağı

Avanqard – yaranmış qaydalara və qanunlara qarşı etiraz, klassik kanonların pozulmasıdır. “Qabaqcıl dəstə” mənası verən “avanqard” sözü sənətkarların daha mütərəqqi və cəsarətli ideyaları həyata keçirən üslubun ən düzgün tərifidir.

Avanqard üslubu 20-ci əsrin əvvəllərində yaranmasına baxmayaraq, onun əsas inkişafı müharibədən sonrakı illərə - insanların qəlbində və şüurunda yenı həyat arzusunun yarandığı dövrə təsadüf edir.


Avanqard qonaq otağı

Avanqard üslubun əsas ismarıcı qətiyyət və yenilik istəyindən gələn yeni vasitə və formaların daimi axtarışıdır.

Yenilənmə enerjisi təmiz parlaq rənglərin, ziddiyatların istifadə olunmasında, materiallar və formalar ilə eksperimentlərdə özünü əks etdirir. Qırmızı, göy, yaşıl, sarı, qara - interyerdə istifadə olunan əsas rənglərdir. Eyni zamanda, klassik üslublarda qəbul edilməyən rəng kontrastları avanqardın zəruri atributu və vizit kartıdır. Alov kimi, avanqard da yetərincə məkan və hava tələb edir. Açıq planlaşdırma , orijinal zonalaşdırmalar, qeyri-standart həllər avanqard üslubunda olan interyerlərə təmiz havanın axınını təmin edir. Panorama pəncərələrindən saçan təbii günəş işığı və düzgün quraşdırılmış süni işıqlandırma sisteminin əhəngi interyerin parlaq işıqlandırmasına zəmanət verir.

mətbəx, avanqard

Əsas həndəsi formaları yeni eksperimental mebelinteryer əşyaları ilə tamamlanaraq avanqard üslubun xətlərini təşkil edir. Avanqardlı interyer ən yeni bəzək materialların istifadəsi, klassik yanaşmalardan və örtüklərdən uzaqlaşması, uyğunsuzluğun uyğunlaşmasını güman edir.

Avanqard kiçik detallari, mürəkkəb naxışları və “rahatlıq” xırdalıqları sevmir. Avanqardlı interyerin hər əşyası özündə funksionallıq və erqonomiya daşıyır. Sənət nümunələri bütöv avanqardlı interyerə və həmin interyerdə olanlara əlavə enerji təkanı və dinamikanı verir. Müasir sənət öz formaları və ideyaları ilə bu rolu əla yerinə yetirir.

Avanqard üslubunda. qonaq otağı

Avanqard yaradıcılığın axtarışına və böyük nailiyyətlər əldə etməsinə təkan verir. Bu üslub gündəlik həyat tərzindən özünü rahatsız hiss edənlərə, ideallara can atanlara və onlara nail olmağın yollarını görənlərin seçimidir. Bu, ilham və canlandırıcı qüvvənin mənbəyidir. Belə interyerlə əhatə olunsanız, daha parlaq və zəngin həyatınız olar. Əgər Siz kənardan tətbiq etdirilmiş şərtləri məqbul saymırsınızsa, dünyanı daha gözəl və ədalətli görmək istəyirsinizsə, öz gücünə əminsinizsə, ətrafdakıları ruhlandırmağa qadirsinizsə, onda bu üslub Sizin üçündür.

Amerika üslubu - ailə ənənələri və rahatlıq =>

Digər məqalələr

Rəy yaz

Система Orphus