Məqalələr

Təmir və dizayn haqqında

Ar Nuvo - təbii obrazların mistikası

Ar nuvo üslubu XIX-XX əsrlərin ayrıcında Avropanın bohema dairələrində yaranıb. Bu üslub özünə məxsus yüksək dekorativliyi ilə asanlıqla tanınılır və hər hansı ölkənin ənənə təsirindən asılı deyil, bununla belə, Ar nuvo ən çoxadlı, dünyanın müxtəlif ölkələrində müxtəlif ada malik olan bir üslubudur. Yuqendstil – Almaniyada, tiffani – Amerikada, ar nuvo – Fransada, modernisto – İspaniyada, modern – Rusiyada. Bütün bu adların arasında ən çox yayılmış ad ar nuvodur – fransız dilindən tərcümədə “art nouveax” – “yeni incəsənət” deməkdir.

Ar Nuvo üslubunda taxta taxta dekoru

Əyilmiş rəvan xətlər ar nuvonun ən tanınılan atributlarından biridir. O bütün interyer elementlərində özünü əks etdirir – qapı yerlərinin, pilləkənlərin formasında, qeyri adi mebel, divar bəzəyinin dekorativ naxışlarında. Modernin əsas motivi təbiətə dönüş və təbii formaların, rənglərin və naxışların istifadəsidir. Bu üslubun təbii rəmzləri incə rəvan cizgili güllərdir – siklamen, zanbaq, sarmaşıq, sarmaşan qızılgül. Heyvanat aləmi ar nuvo motivlərində incə sonalar, tovuz quşları, kəpənəklər, cırcıramalar ilə təqdim olunub. Qadın obrazı həm mifik su pəriləri həm də sirli qadınların simasında tez-tez interyerdə istifadə olunur. Ar nuvonun əsas ideyası - bizi insan aləmindən sehrli təbiət aləminə aparmaq, təbii mənbələrin hissedilməz sirli və şənli mühitini yaratmaq. Ar nuvo interyeri – geniş zalların qapıları arxasında gizlənmiş balaca otaqlarla tamamlana bilən gözlənilməz məkandır. Asimmetriya – bu üslubun daha bir xarakterik cəhətidir.

Ar Nuvo yataq otağı

Ar nuvo üslubunun əsas materialları təbii ağac, daş, şüşə, döyülmüş dəmirdir. Ən vacib rollardan biri ağaca ayrılır. Ondan döşəmə, qapı və pəncərə çərçivələri, mebel, dekorun müxtəlif elementləri düzəldilir. Oyma taxta elementlər çox vaxt bütün interyerin ahəngini təşkil edir. Daş və keramikadan hazırlanmış mozaika ar nuvo üslubuna xas olan art obyektlərində, döşəmə və mebellərdə geniş istifadə olunur. Döyülmüş metaldan dekorativ elementlər maraqlı naxışlar yaradır və pilləkən məhəccəri, qapı və mebellərin dekorunda işlədilir. Şüşə vitrajlar da ar nuvo üslubunda geniş istifadə olunur. Məhz bu interyerlərdə ilk dəfə amerikalı dizayner Luis Komfort Tiffaninin orijinal texnologiya ilə hazirlanmış lampalarvitrajlar istifadə edilmişdir, hansı ki, çox saylı xırda detallarla mürəkkəb qabarıq formaları yaratmağa imkan verdi.

Ar nuvo üslubunun rəng palitrası – təbiətin rəngləridir. Yaşıl, bənövşəyi, mavi, ağac rəngləri tez-tez istifadə olunur.

Ar nuvo üslubunda mətbəx-qonaq otağı

Ar nuvo interyerində döşəmə təbii daşlardan və ya parketdən hazırlanmış gözəl mürəkkəb bir mozaikadır. Çox vaxt mozaik əlavələrdən istifadə edilir.

Divarlar taxta panellər yaxud təbiət mövzulu divar kağızları ilə işlənilir və ya təbii rəngə boyanılır. Ar nuvo üslubunun fərqləndirici cəhəti maraqlı formalı qapı və pəncərə çərçivələridir. Çox vaxt onlar ağacdan hazırlanır və qeyri-adi əyri cizgilərə malik olur, oyma naxışlar ilə bəzədilir.

Ar nuvoda tavan interyerin sahəsi ilə vəhdət təşkil edir. Burada vitrajlar, şüşə, dartma elementlər istifadə oluna bilər.

yemək otağı Ar nuvo

İşıqlandırma interyerin cazibə və əsrarəngizliyini qeyd etməlidir. Tavan çılçıraqları köməkçi işıqlandırma mənbələri ilə tamamlanaraq dağınıq yumşaq işığı təmin edir. Adətən bunlar rəngli şüşə, şüşəli mozaika, döymə elementlərlə dekor əşyaları olur.

İnteryerin mərkəzi obyektlərindən biri – mürəkkəb dalğalı motivi canlandıran taxta məhəccərli və metal çəpərlı qeyri-adi qatlanmış formada pilləkənlərdir.

Ar nuvo qonaq otağında vitrajlar


Klassik ar nuvo üslubunda mebel – şəxsi eskizlər əsasında fərdi əl işinin nümunələridir, hansılar ki, rəng və fakturaya görə otağın taxta bəzəkləriylə uyğun gəlməlidir. Ən çox daha tünd ağac rənglərindən istifadə olunur, lakin açıq tonlarda da interyerlərə rast gəlmək mümkündür.

Pərdələr ağır və rəngiylə qalan interyerlə ziddiyyət təşkil edə bilər, ola da bilər ki, yüngül olsun və mürəkkəb şüşə naxışlarını xatırlasın. Bütün interyerin təbiət motivlərinə uyğun olması əsas tələbdir.

Ar nuvo üslubunda dizayn

Ar nuvo interyeri gərəksiz detallar qəbul edilməyən və icrasına yüksək tələb irəli sürən bir bütöv sənət əsəridir. Bələ bir interyerin yaradılması – hər detalı diqqətlə düşünülməsini tələb edən çətin bir işdir. Fərdi dizayner həlləri və bahalı materiallardan geniş istifadə olunması nəticəsində bu üslubun icrası çox baha başa gəlir.

<=Ar Deko - gözəl yaşamaq qadağan edilməz!

Barokko - kralların interyerləri=>

Digər məqalələr

Rəy yaz

Система Orphus