Məqalələr

Təmir və dizayn haqqında

Barokko - kralların interyerləri

Barokko üslubunda mebelBarokko üslubunu heç bir başqa üslubla səhv salmaq mümkün deyil. O misilsiz cah-calallıq və qəlizliyi ilə asanlıqla seçilir. Bu üslub XVI-XVII əsrlərdə meydana çıxıb və fransız kralı Lyudovik XIV dövründə tam formalaşıb. Bu üslub Avropanın çiçəklənmə dövründə kral saraylarının interyeridir.

Barokko üslubunun fərqləndirici xüsusiyyətləri – nəhəng ölçülər, təmtəraqlıq, çox sayda mürəkkəb oyma dekor elementlər, bahalı tekstil və qızıl suyunun bolluğudur.

Santa-Maria-della-Vittoria kilsəsində kapella Koronaro, Roma, Barokko

Orijinal barokko üslubu iri geniş otaqlar, irimiqyaslı tikililər üçün nəzərdə tutulub. O, məkanın sərhədlərini sanki daha genişləndirir, dünya üzərində uçuş hissi yaradır.


Barokko interyerlərində mebel iri ölçülüdür, taxtadandır, oyma və qızıl suyundan bolluca istifadə olunur. Forması əyridir, heyvan və bitki ornamentli müxtəlif relyeflər ilə əyilmiş ayaqların mövcudluğu mütləqdir. Bahalı üzlüklü yumşaq divanlarkreslolar naxışlı söykənəcəklərə malik, həmçinin oyma və qızıl suyu ilə zəngin bəzədilir. Barokko üslubunda yataq otağı– cəlallı başlıqlı və salxımlar ilə bəzədilmiş talvarlı iri çarpayıdır. Masa iri, çox vaxt oval formalıdır, mizin üst taxtası adətən mərmərdən düzəldilir və ya daşdan yığılmış mozaika ilə bəzədilir.

açıq rənglərdə barokko üslubunda qonaq otağı

Döşəmələr bahalı ədədli parketlə ya cilalanmış daş plitələr ilə örtülür. Divarlar incə tökmə bəzək, qobelen, barelyef və sütunlar ilə işlənilir. Hündür pəncərəqapılar, adətən rəng və fakturası ilə mebellərə uyğunlaşdırılır, pəncərə və qapılar yerləri tökmə bəzək ilə işlənir. Tavanlar divarların davamı olaraq, çox vaxt tökmə naxışla çərçivələnmiş iri freska ilə bəzədilir.

İşıqlandırmada massiv zəncirlər üzərində iri və həcmli qızıl örtüklü çılçıraqlar, bürünc braşamdanlardan istifadə olunur. Onları ucuzlaşdırılmaq üçün bürünc rənginə boyalanmış papye-maşe elementlərindəndə istifadə olunur.

Dekor əşyaları heykəllər, ağır qızılı çərçivədə rəsmlər və naxışlı şamdanlar, güzgülərdən ibarətdir. Çox iri dəbdəbəli çılçıraqlar öz parıltılı işığı ilə zənginliyi və əzəmətliyi vurğulayırlar.

Barokko yataq otağı


Barokko üslubunda yalnız zəngin rəngli bahalı tekstildən istifadə olunur – məxmər, velür, atlas. Pərdə çəkmələr, büzmə və qatların çoxluğu interyer əhatəsinin ağırlığını sanki tarazlaşdırır.

Yataq otağı Barokko üslubunda

Barokko üslubu qeyri-adilik və əlçatmazlıq hissi yaradır. O, böyük mərasim zalların dekoru üçün çox uyğundur və kral sarayların mühitinə baş vurmağa, özünü vəliəhd şahzadə ya saray xanımı hiss etməyə imkan yaradır. Lakin, barokkoya məxsus olan irilik, həmin üslubun balaca darısqal otaqlarda bütün yaradıcılıq qüvvəsini hiss etməyə imkan vermir. Əgər Sizi barokko ideyaları ruhlandırırsa, lakin evinizin ölçüləri tələb olunan həcmə uyğun deyilsə, müasir dizayn tendensiyaları barokko elementlərini başqa üslublar ilə uyğunlaşdıraraq Sizin evinizin təkraredilməz simasını yaratmağa kömək edə bilər.

<= Ar Nuvo - təbii obrazların mistikası

=> Boxo - biri var idi, biri yox idi, bir rəssam vardı

Digər məqalələr

Rəy yaz

Система Orphus