Məqalələr

Təmir və dizayn haqqında

Minimalizm - məkandan gələn enerji

Minimalizm üslubunda mətbəx-qonaq otağı

Minimalizm – interyerə genişlik və azadlıq gətirən bir üslubdur. Minimalizmin əsas ideyası - elə bir interyerin yaradılmasıdır ki, xırda qıcıqlandırıcılar mövcud deyil, hər şey diqqəti əsas elementə yönəlməyə çalışır. Bununla yanaşı, əsasən faktura və səthlərin oyununda ifadə edilən estetik tərəf minimalizmdə də mühüm rol oynayir.

Minimalizm üslubunun dekorunda dizaynerin qarşısında çətin məsələ durur, funksionallığa və rahatlığa zərər vurmadan interyerdə maksimum əşyaların sayını azaltmaq. Bu işdə döşəmədən tavana qədər divar şkaflar, hamar birrəngli fasad, müxtəlif səviyyəli səthlər, çox funksionallı mebellər, minimum sayda aksessuarlar sahəyə qənaət etməyə kömək edir.

Ağ yataq otağı, minimalizm

Minimalizm üslubunun rəng çeşıdi –sakit rənglərin -boz, qəhvəyi, qaranın müxtəlif çalarları ilə açıq tonun birləşməsıdır. Əsas tələb - adətən üçdən çox olmamaqla, az sayda rənglərin eyni vaxtda istifadəsidir. Fon kimi ağ rəng istifadə olunur, və interyerin bütün rəng kompozisiyası bu kontrastın üzərində qurulur.

Səthlərin dekoru üçün daş, ağac, metal, plastik, şüşə kimi həm süni həm də təbii materiallardan istifadə olunur. Çox vaxt xromlanmış səthlərin istifadəsinə rast gəlmək olur.

Hamam otağı minimalizm üslubunda

Minimalizm interyerində döşəmə adətən taxta, parket, plitə, bəzi vaxt kovrolin, linoleum və ya başqa süni örtükdən işlənə bilər. Hansı materialdan istifadə olunmasına baxmayaraq, gözə çarpmayan təbii naxışsız müntəzəm fon olmalıdır. Əgər xalçalardan istifadə olunursa, əsas rəng çalarlarına uyğun olan cəmi bir xalça olmalı və o da birrəngli.

Minimalizmdə divarları boya altında divar kağızı, suvaq, sulu divar kağızlar, taxta panellər ilə işləyirlər.

Ağ tavana bu üslubda daha çox rast gəlinir. O, düzgün düşünülmüş minimalistik interyeri yaradan sonsuz məkanının bir hissəsidir.

İnteryer buxarı ilə, minimalizm üslubu

Minimalizm, ilk növbədə, havanın və işığın çoxluğu deməkdir, ona görə də pəncərələr böyük olmalıdır. Panorama pəncərələri ideal variantdır. Pərdələr işığın süzülməsinə mane olmamalıdır. İstifadə olduqda isə, açıq, şəffaf və ya yarımşəffaf yüngül parça seçmək daha uyğundur. Birrəngli pərdə və ya jalüzlərin istifadəsi mümkündür.

İşıqlandırma da həmçinin məkanı gizlətməyə və ya ayrı-ayrı sahələrə bölməli deyil. Bütün işıqlandırma cihazları adətən sadə formalara malikdir, çox vaxt spotlardan istifadə olunur.

Minimalizm dekorunda minimum elementlərin olmasını nəzərdə tutur, lakin buna baxmayaraq onlar olmalıdır. Bu boş divarda bir şəkil, bir heykəltəraşlıq əsəri, və ya yerdən qoyulma bir vaza ola bilər. Bu elementlər sadə lakonik tərzdə icra olunmalı və heç bir halda basırıq hissi yaratmamalıdır.

Dekor elementləri, minimalizm üslubu

Minimalizmin – maksimum genişlik – əsas prinsipini pozmamaq üçün belə interyerlərdə mebelin seçiminə çox diqqət ayrılır. Sadə görüntüsünə baxmayaraq mebelin seçimi kifayət qədər çətin məsələdir. Xüsusi ilə yaşayış yerlərində, mebel bütün funksional tələblərə cavab verməli, rahat və praktik olmalıdır, lakin eyni zamanda da əsas mənasının aksentini özünə cəlb etməmək, sadəcə bütün interyerə harmonik hissə kimi xidmət etməlidir. Bu məsələnin həlli üçün adətən çox funksionallı mebel, transformer – mebellərdən istifadə olunur. Sadə formalar, düz xətlər, hamar birrəngli səthlər maksimum səmərəli istifadəsi ilə birləşməlidir.

Düzgün yaradılmış minimalizm interyeri hər bir əşyanı məkana, sonra isə yenilənmiş məkanı azadlıq hissinə və yaradıcılıq enerjisinə çevirir. Belə interyerdə qarışıqlıq olmur, asanlıqla hər əşyanın mahiyyəti dərk edilir və ilham gəlir.

<= Aralıq dənizi üslubu - tətilə çıxmaq istərdiniz?

Neoklassisizm - əski üslubun yeni oxunuşu =>

Digər məqalələr

Rəy yaz

Система Orphus