Məqalələr

Təmir və dizayn haqqında

Aralıq dənizi üslubu - tətilə çıxmaq istərdiniz?

Aralıq dənizi üslubunda qonaq otağının interyeri

Aralıq dənizi dedikdə, hər birimiz isti yay günü, günəş işıqlarından parıldayan dəniz və gözəl dəniz sahili, açıq eyvan qapısından otağa daxil olan yüngül isti mehi təsvir edirik. Aralıq dənizi xalqların bütün məişət çalarlarını, nahardan sonra siestanın boğanaq sərinliyini, aralıq dənizi mətbəxinin ətirlərini ifadə edən interyer necə olmalıdır?

Bütün aralıq dənizi interyerlərini birləşdirən – soyuq günlərdə istiliyi qoruyan və qızmar yay havasında təravət bəxş edən təbii materialların sadəliyi, dəniz və günəşin çalarlarıdır. Aralıq dənizi üslubun daha bir xarakterik cəhəti yığcam, artıq detalların və bəzəyin olmamasıdır. Bununla belə, Aralıq dənizi sahillərində yaşayan hər bir millət öz təkrar olunmaz koloritini bu üsluba əlavə edib.

Aralıq dənizi üslubunda yatağ otağının interyeri

Yunanıstan interyerlərini daha çox üstünlük verilən ağ rəngin göy, mavi, dəniz dalğası rənglər ilə birləşməsindən tanımaq olar. İtaliyan interyerləri daha çox sarı rəngin müxtəlif çalarlarına meyli olurlar, günəşli, qumlu, təbii boyaqlı. Onlar daha ustalıqla işlənir və daha çox dekorativ detallara malikdirlər. İspaniya daha dolğun rənglər əlavə edib, terrakota, darçın, ləkələnmiş ağac rəngləri. İslam ölkələri aralıq dənizi interyerlərinə tekstil və mozaikada şərq ornamentlərini hədiyyə edib.

Aralıq dənizi interyerlərinin həndəsəsini bir çox halda otaqlar arası tağlar, döşəməyə qədər böyük panoramalı pəncərələrbağçaya və ya dəniz sahilinə açılan şüşə qapılar müəyyən edir. Tağ və oyuqlar çox vaxt dekorativ naxışlı plitələr ilə bəzədilir.

Aralıq dənizi üslubunda mətbəx portal ilə

Aralıq dənizi interyerlərində səthlər sadə yonulmamış olur. Döşəmələr adətən donuq səthli bir rəngli daş plitələrdən düzülür. Bununla yanaşı, italyan üslubunda döşəmə plitkalar çox vaxt sadə naxışlarla bəzədilir. Yunan interyerində divarlar tez-tez ağ və ya mavi rəngə, italyanda isə çox vaxt sarı rəngin isti çalarlarına boyanır. Tavanda həmçinin sadəcə ağardılır və ya lövhələr ilə işlənilir, cox vaxt açıq tirlərə rast gəlmək mümkündür.

Aralıq dənizi mebeli sadə taxta əşyalardır, çox vaxt əl ilə hazırlanmış adi bəzəklərlə olur. Həmçinin yüngül toxunma mebel çox məşhurdur. Yumşaq mebel sadə formalı, adi təbii birrəngli parçayla örtülür. Yataq otağlarında çox vaxt çarpayının üstündə sadə yarımşəffaf parçadan asılmış tülə rast gəlmək olur.

Aralıq dənizi interyerinin işıqlandırmasında əsasən sadə çılçıraq və döyülmüş karkaslı çıraqlardır.

Aralıq dənizi üslubu
Tekstil elementləri dekorda demək olar ki, heç istifadə olunmur. Pəncərələrdə çox vaxt pərdə əvəzinə taxta jalüzlər görmək olar. Əgər pərdə varsa, onda o həmişə sadə təbii parçalardandır. Bəzi hallarda belə interyerlərdə əl naxışıyla bəzədilmiş dəsmallara rast gəlmək olar.

Qalan dekorda həmçinin minimum ilə təgdim edilib. Əsasən dekorativ keramika ilə.

Aralıq dənizi interyerlərində mətbəx taxta mebelli tipik kənd mətbəxidir. İş səthi və mətbəx kantı adətən keramik plitə ilə düzülür.

Aralıq dənizi üslubunda mətbəx dekoru

Aralıq dənizi üslubu öz istisi ilə və yayın sakitləşdirici istirahəti ilə xoş assosiasiya olunaraq bütün dünyada böyük popularlıq qazanmışdır. Belə interyer bağ evləri üçün əladır, əsasəndə aralıq dənizi üslubunda landşaft dizaynı sevilir. Bu cür interyerləri daha soyuq iqlimlərə adaptasiya məqsədi ilə daş döşəmələri qızdırmaq üçün isti döşəmələrdən istifadə olunur. Aralıq dənizi üslubu böyük maddi vəsait tələb etmir,və bu baxımdan ən əlverişlilərdən biri hesab olunur. Əgər Siz öz adi günlərinizə günəş, tətildən xoş xatirələr əlavə etmək istəyirsinizsə, bu gözəl üslubun bəxş etdiyi ideyalardan istifadə edin.

Digər məqalələr

Rəy yaz

Система Orphus