Məqalələr

Təmir və dizayn haqqında

Loft - məhəllə çardağların romantikası

Loft üslubunda qonaq otağı royal ilə

Loft fərdi üslub kimi XX əsrin sonlarında ilk dəfə olaraq geniş istehsalat otaqlarını əsl təyinatına uyğun olmayan, yaşayış, yaradıcılıq emalatxanalar və s. kimi istifadə etməyə başlayan sənaye üslubunun məntiqi davamı kimi yaranır. ”Loft” sözü ingilis dilinindən tərcümədə “çardaq” deməkdir, evin damında tərtibatsız və otaqlara bölünmədən genış məkan nəzərdə tutulur. Bu anlayış hazırkı üslubun əsası oldu.

Loft üslubunda dekor

Loft – vahid bir məkandır, və burada müxtəlif funksional zonalar mebel və digər interyer əşyaları ilə ayırır. Məkanı ayrı-ayrı otaqlara bölən divarlar loftun konsepsiyasına uyğun gəlmir. Əgər bir məkanı bölməyə ehtiyac olursa, adətən divarların əvəzinə otaqların optik birliyini saxlayan şüşə arakəsmələrdən istifadə olunur. Əvvəldən sənaye müəssisələri və çardaqlar hündür tavanlı olduğundan, müxtəlif səviyyəli həllərin həyata keçirməyinə imkan verib. Əlavə olunmuş ikinci mərtəbə, açıq sahənin ümumi konsepsiyasını pozmayaraq ayrı-ayrı zonalarda vizual fərqli ərazi yaratmağa əla imkan yaradır.

Loft üslubu bahalı və mürəkkəb naxışlı üzlük tələb etmir. Əksinə, tavan və divarların hörülməsində istifadə olunan materiallar - beton, kərpic, daşmetal alqışlanır və gözə çarpılır.

Sadə taxta döşəmə, dayaq konstruksiya, mühəndis kommunikasiyalarda gizlədilmir, və interyerin əsasını təşkil edir.

Loft üslubunda uşaq otağı

Loft üslubunun fərqləndirici cəhəti - otağın dekoru üçün müəyyən tələblər irəli sürülmür, istənilən üslub və istənilən qiymət kateqoriyalı elementlərin birləşməsinə imkan verir. Ən əsası- harmonik bütöv bir vahid hissi qoruyub, zövqsüzlük və xaos hissi yaratmamaq. Mebel seçimində adətən əsas göstərici kimi funksionallıq, rahatlıq, çox davamlılıq və ümumi ideyaya uyğun olmasıdır. Yeni məişət texnikasının “təbii” beton divarlarla çox gözəl uyğun gəlməsi bütün interyerə brutal romantiklik gətirir.

Loft üslubunda orijinal mətbəx

Loft interyeri yaxşı işıqlandırma tələb edir. Ona görə də pəncərələr üzərində heç nə asılmır, və buna ehtiyac olduqda, pərdələr maksimum günəş işığını buraxmalıdır. Bu üslubda münasıb elektrik işıqlandırma cihazlarının seçimi isə sadəcə məhdudiyyətsizdir. Sənaye və küçə fənərlərindən tutmuş möhtəşəm klassik çılçıraqlar və son dərəcə müasir dizaynlı çıraqlara qədər öz istifadəsini tapa bilər. Yeganə tələb – interyerin ümumi kompozisiyası ilə təbii uyğunlaşmasıdır.

Digər dekor elementlərinə də eyni qayda tətbiq edilir – sözün klassik mənasında onun estetik xüsusiyyətlərindən və hətta ilkin təyinatından asılı olmayaraq hər hansısa bir əşya loft interyerinin dekoru ola bilər. Vintaj əşyalar son yeniliklər ilə uyğunlaşdırıla bilər, sənət əşyaları – maşin və avadanlıq detalları ilə, parlaq rənglər – sakit çalarlarla.

Loft üslubunda yemək otağı

Loft konsepsiyası müxtəlif variasıya və eksperimentlər üçün məhdudiyyətsiz imkanlar yaradır. Loft öz demokratikliyi ilə müxtəlif maddi rifahlı ən müxtəlif kateqoriyalı insanları cəlb edir. İlkin olaraq mənzilin dekoru üçün rahat və tez bir üsul kimi meydana gələn bu üslub, tez bir vaxtda müxtəlif ölkələrdə populyarlıq qazanmışdır. XXI əsrin əvvəllərindən artıq loft üslubunda interyerə daha tez-tez bahalı apartamentlərdə də rast gəlmək olur. Dünyaya qeyri standart baxışları olan, həyata öz tövhəsini verməyə can atan gənc və yaradıcı insanlara loft interyeri tam ürəklərincə olacaq.


<= Konstruktivizm - qətilik, təvazökarlıq və zövq

Aralıq dənizi üslubu - tətilə çıxmaq istərdiniz? =>


Digər məqalələr

Rəy yaz

Система Orphus