Məqalələr

Təmir və dizayn haqqında

Boxo - biri var idi, biri yox idi, bir rəssam vardı...

yataq otağı, Bohema üslubu

Boxo (bohem) üslubu iki yüz il əvvəl yoxsul rəssamlar dairələrində yaranıb. Boxo adı fransız “boheme” sözündən gəlib və “nizamsız həyat sürən”, “Bohemiene” isə “qaraçı” deməkdir. Bu iki söz həmin üslubun əsas mənasını təşkil edir - öhdəliklərdən azad, köçəri həyatı, maddi resursların məhdudluğu.

Boxo üslubu qaydasız və məhdudiyyətsizdir. Şəxsi istəklərə əsaslanaraq bütün detallar sərbəst seçilə bilər. Bir çox üslublardan fərqli olaraq, bohem üslubu böyük “məmnuniyyətlə” çox sayda bizim könlümüzə əziz olan əşya, suvenir, müxtəlif interyermebel predmetlərini qəbul edir. Bu üslubda divar, döşəmə və ya tavan üçündə hər hansısa bir tələb yoxdur. İstənilən material və yaxud onların yoxluğu yetərincə harmonik görünə bilər. Nəzərə alsaq ki, bu üslub cəmiyyətin yoxsul təbəqələrindən gəlib, qiymət diapazonuna heç bir tələb qoyulmur. Müxtəlif üslublardan, müxtəlif qiymət kateqoriya və müxtəlif köhnəlmə dərəcəsindən istənilən sayda bütün əşyalar bir biri ilə asanlıqla uyğunlaşdırıla bilər.

Boxo üslubunda mətbəx

Öz rəng palitrasıyla Boxo üslubu çiçək ləki ilə assosiasiya olunur. Parlaq rəng qarışığı, rəng sayının məhdudiyyətsizliyi bohem üslubunun fərqləndirici xüsusiyyətidir. Bununla belə bohem interyerləri daha çox təbii çalarlara can atırlar. Bütün çiçək palitrası, təbii ağac, təbii göl rəngi, yaşıllıq, daş, dəri, ruhlandırıcı və sevindirici rəng coşqunluğuna çevrilərək bir-biri ilə çox gözəl uyğunlaşır. Adətən gözü qıcıqlandıran süni rənglər istifadə olunmur.

Divarlarda naqqaşlar, Boxo üslubu

Hər bir köçəri evi kimi Boxo üslubunun əvəzsiz hissəsi tekstildir. Müxtəlif tekstura və rəngdə şal, yastıq, xalça, qobelenlər, parça abajurlar, salfetlər ilə boxo interyerini korlamaq mümkün deyil. O rahatçılıq hissi yaradır, isidir, interyerin digər detallarının natamamlığını “düzəltməyə” və fərqli elementlərdən bütöv bir kompozisiya yaratmağa imkan verir.


Tekstildən əlavə, bohem üslubu çox sayda dekor elementləri də nəzərdə tutur. Onlar da həmçinin, digərləri kimi müxtəlif ola bilər. Fərqli çərçivələrdə rəsm, fotoşəkil və posterlər bir divarda yanaşı vahid bir kompozisiyaya çevrilirlər. Uzaq ölkələrdən müxtəlif heykəlciklər, kiçik güldanlar, suvenirlər və Sizə əziz olan hər əşya rəflərdə, komodlarda, etajerlərdə öz yerini tapacaq.

Boxo üslubunda tekstil və dekor

Boxo üslubu, bohem mühitində yaranaraq, əvvəlcədən kasıb, lakin bədii zövqü inkişaf etmiş incəsənət adamlarının yaşadığı adi yeri təmsil edirdi. Yəqin ki, onun yaradıcılarının məhz bu xüsusiyyəti onları tam müxtəlif səpkili əşyaları ahəngdar bütovlüyə çevirərək uyğunlaşdırmağa imkan verirdi. Öz “demokratikliyinə” baxmayaraq, Boxo üslubu çox ehtiyatlı yanaşma tələb edir. Gözə görünən sadəlik və belə interyerlərin doldurulması üçün iddiasızlığı, hədd hissi, qeyri-adı üsullarla məkanı uyğunlaşdırmaq bacarığı, tam fərqli obyektlərin gözəl cizgilərini bir biri ilə uyğunlaşdıraraq seçib və göstərmək bacarığını mütləq tələb edir. Əks halda, bohem üslubu ilə eksperiment apararaq, lazımsız əşyalarla doldurulmuş sahə əldə edə bilərik, sonra da yeganə istəyimiz o olacaq ki, tezliklə onun içindəkilərdən canımızı qurtarıb nəm təmizlik işləri aparaq.

Bohema üslubunda yataq otağı

Son illər dizaynerlərin fəal iştirakı sayəsində, Boxo üslubu müəyyən “süni” çalarlar əldə etmişdir. Belə interyerlər kasıb rəssamların evlərində çox nadir hallarda yaranır, daha çox hər detalları diqqətlə düşünülmüş dizayn həllidir. Əgər Siz təmizlik və saliqə-sahman sevirsiniz, praqmatik və məntiqlisinizsə, onda bohem üslubu Sizin üçün deyil. Əgər Siz əksinə, təbiətcə romantik, ətrafınızdaki əşyaları incə hiss edir və bəsləyirsinizsə, müxtəlif bəzək-düzəyi və gözəl şeyləri toplamağı sevirsinizsə, onda yəqin ki, bohem nümayəndələrinin bizə bəxş etdiyi xüsusı zövq və rahatlığı hiss edəcəksiniz.

<=Barokko - kralların interyerləri

Şale - Alp dağlarının əfsanəsi=>

Digər məqalələr

Rəy yaz

Система Orphus