Məqalələr

Təmir və dizayn haqqında

Şale - Alp dağlarının əfsanəsi

Şale üslubunda ev interyeri

“Şale” sözü fransız “chalet” sözünün tərcüməsində “evcik” deməkdir. Şale üslubu öz yaranması ilə Alp dağların döşündə yerləşən kiçik İsveçrə evlərinə borcludur. Onların inanılmaz cazibəsi, istiliyi və Alp təbiəti ilə harmonik qarışması bu üslubun Alp dağlardan çox uzaqlara dünyanın hər tərəfinə geniş yayılmasına səbəb oldu.

Şale üslubunun əsası təbii materiallar və sadəlikdir. Hər kənd üslubunda kimi, əsas materialları taxtadaş təşkil edir. Taxta ilə döşəmə və divarlar işlənir. Ağır taxta tavan tirləri həmin üslubun ən tanınılan elementlərindən biridir. Taxta ilə bərabər təbii daş da tez-tez istifadə olunan materiallardandır.

Şale interyerdə təbii dərilər

Şale üslubunun rəng qamması – qaralmış köhnə ağac, təbii daş, Alp otları və ağacların rəngləridir. Bu üslubda parlaq yay rəngləri istifadə olunmur.

Belə evlərdə döşəmə əksər hallarda taxta lövhələr ilə örtülür. Adətən, onları rəngləmirlər, sadəcə tutqun lak vururlar. Bəzən, həmçinin təbii daş plitələr də istifadə olunur. Divarlar taxta ilə örtülə bilər və ya sadəcə suvaqlanaraq, şale üslubunun təbii tonlarından birinə rənglənilir. Taxta tavan konstruksiyalar dekorativ elementlər ilə heç vaxt gizlədilmir və interyerin ayrılmaz hissəsini təşkil edir.

Şale üslubunda hamam otağı

Pəncərə çərçivələri həmişə taxtadan olur, rəng və faktura ilə interyerdə istifadə olunmuş qalan taxta ilə uyğunlaşır. Pəncərələrdəki pərdələr həmişə təbii materiallardan hazırlanır. Bu kətan, çit, əldə toxunulmuş krujevalar ola bilər. Pərdələr birrəngli ola bilər, sadə gül və ya naxışlı əl işi ola bilər.

Belə evlərdə işıqlandırma, adətən, boğuqdur. Günəş işığı otaqlara az daxil olur. Elektrik işıqlandırma həmçinin solğun olur. Ən işıqlı zona – nahar zonasıdır, divan zonalarında işıq daha dağınıqdır. İşıqlandırmanın əsas elementi, əksər hallarda, döyülmüş metal detallarla olan tavan çılçıraqlarıdır. Həmçinin taxta detallı, keramika, parça abajurlu çılçıraqlar və ya çıraqlar istifadə oluna bilər.

Açıq tonlarda interyer, Şale üslubu

Şale üslubunda mebel təbii taxtadan hazırlanır, kobud qaralmış faktura, öz funksional təyinatına uyğun olaraq sadə formalara malik olur. Yumşaq mebel birrəngli təbii parça və ya təbii dəri ilə üzlənir.

Şale interyerinin əsas diqqəti canlı alovlu buxarıdır. Buxarın piştağı həmişə interyerdə istifadə olunan ağacın rənginə uyğun olaraq təbii daşdan düzəldilir.

Şale üslubunda dekor – gil, taxta, daş və döyülmüş metaldan hazırlanmış əşyalardır. Tikmə əl işi, krujeva, qobelen, təbii xalça kimi tekstil əşyaları. Həmçinin heyvan dərisi, dəri əşyaları, ovçuluq alət və qənimətlərdir. Təbiət mənzərəli rəsmlər, qurudulmuş bitkilərdən kompozisiyalar.

Şale üslubunda sanitar qovşağı

İlkin olaraq, çoban evciklərinin kənd üslubu kimi yaranan Şale üslubuna indiki zamanda daha çox və daha tez-tez sifarişli mebel və dizayn əşyalara malik olan bahalı interyerlərdə rast gəlmək olur. Bu üslub ən çox şəhərkənarı evlərə uyğun gəlir, lakin şəhər interyerləri üçün də gözəl uyğunlaşdırıla bilər.

<=Boxo - biri var idi, biri yox idi, bir rəssam vardı...

Müasir üslubu - bu dəyişkən dünyada bir rahatlıq güşəsi=>

Digər məqalələr

Rəy yaz

Система Orphus