Məqalələr

Təmir və dizayn haqqında

Klassisizm - əsl nəcib qızların üslubudur

Klassik üslubunda ev

Klassisizm – XVII-XIX əsrlərin üslubudur. Antikliyə yönəlməsi, antik memarlığın forma və proporsiyaların istifadəsi bu üslubun əsas motividir. Klassisizm hədsiz zərifliyə malik rokoko üslubunun əksi oldu. Sadə dekor, dəqiq düşünülmüş məkan kompozisiyası, simmetriya klassisizm üçün xarakterikdir.

Antik kanonlara qayıdış sütun, pilyastr, friz, karniz kimi memarlıq elementlərindən istifadə olunmasını nəzərdə tutur. Order klassisizmdə əsas element olur. Klassik interyerlərdə istifadə olunan materiallar – bahalı təbii materiallardır və onların təbii fakturasına diqqət yetirilir. Əsas rənglər – sakit nəcib çalarlar, ağ, krem, zeytun rəngləri, taxta çalarlarıdır.

Müasir interyerdə klassik üslubu

Döşəmənin işlənməsi üçün əksər hallarda parket istifadə olunur. İdealda, o, müxtəlif ağac cinslərindən ibarət bədii kompozisiyaya malik olmalıdır. Xalçalar da istifadə oluna bilər.


Divarlar parça və ya parça təqlidi ilə işlənilir. Bəzək üçün tökmə bəzək istifadə olunur, freskalardan da istifadə edilə bilər. Qapıların dekorunda xonça işlənilir. Çox vaxt, otağın dəqiq ritmini vurğulayaraq və məkana əlavə yüngüllük verərək, hündür pəncərələr sütunlarla növbələnir.

Klassik üslubunda uşaq otağı

Klassik interyerdə tavan çox vaxt ağ, krem yaxud başqa açıq pastel çalarlarında olur. Tökmə bəzək karniz, rozetkalar ilə bəzənir.

Pərdə interyerin vacib elementidir. Adətən, o dekor olunmuş karnizlərə asılır, lambrekenlər ilə bəzənir.

İşiqlandırmada çox saylı elementlər və büllur bəzəklərlə ağır çılçıraqlar istifadə olunur.

Klassik üslubunda yataq otağı

Klassisizmdə mebel – bahalı ağac cinslərdən istehsal olunmuş yüksək keyfiyyətli nümunələrdir. Çox vaxt qırmızı ağacdan istifadə olunur, habelə qiymətli ağac cinslərindən dekorativ əlavələrə də tez-tez rast gəlmək olur. Klassik mebel ciddi proposiyalara malikdir, istifadəsi rahat və praktikdir. Klassik mebel – “bütün dövrlərin” mebelidir, o, öz aktuallığını itirmir. Gərəksiz təmtəraqlıq və ehtişam ona yaddır, lakin eyni zamanda o, üslubun alicənablıq və zənginliyini parlaq nümayiş etdirir.

Dekor elementləri kimi təbiət mənzərəli rəsm ya XVIII əsrin üslubunda portret, antik üslubda heykəllər, çini, antikvar əşyalar, kitablar istifadə olunur. Həmçinin, tökmə bəzəkli karnizlərə çərçivələnmiş güzgülər də istifadə edilir. Klassik interyerin dekor seçimində əsas ideya – hər detala mövcud olan ölçü hissi və harmoniyadır.

Klassik üslubunda xol

Klassik üslubu hündür pəncərəli geniş otaqlara gözəl yaraşır. Bu üslubun tipik nümunəsi – XVIII-XIX əsrlərin kolonada (sütunlar sırası) və frontonlu zadəgan malikanələridir. Klassik üslubu nəsillərin varisliyi və ailə ənənələrin mühitini hiss etməyə kömək edir. Əgər Siz yaxşı zövqə sadiqsinizsə, tez-tez dəyişiklərə can atmırsınızsa, hər şeydə harmoniya axtarırsınızsa, onda klassik üslubu Sizə tələbatınızı reallaşdırmaq və dünyanı dərk edilməsində kömək edər.

<= Sənaye üslubu - iqtisadi krizisin müsbət aspektləri

Konstruktivizm - qətilik, təvazökarlıq və zövq =>

Digər məqalələr

Rəy yaz

Система Orphus