Məqalələr

Təmir və dizayn haqqında

Sənaye üslubu - iqtisadi krizisin müsbət aspektləri

Detroyt şəhərində eksklyuziv pentxauz, sənaye üslubu

İnteryerdə sənaye üslubu XX əsrinin ortalarında ABŞ-da yaranıb. O zaman sənaye geriləmiş və istehsal sahələri boşalmağa başlamışdır. Belə sahələr bohema nümayəndələrinə icarəyə verilirdi, onlar isə, əvvəlcə orada rəsm emalatxanası və qalereyalar açıb, sonra isə, icarə haqları ucuz olduğundan, həmən yerləri yaşayış yerinə çevirirdilər. Bu cür sahələri əsaslı təmir etmək imkan olmadığına görə, onları mebel və digər ev əşyaları ilə örtürdülər. Beləliklə, sənaye konstruksiyaları yaşayış evlərinin tələbatlarına adaptasiya olunaraq, sonradan “Industrial” adı alan unikal bir üslub yarandı.


İnteryerdə sənaye üslubunun iki növü seçilir. Bu “təbii” və “süni” sənaye üslublarıdır. “Təbii” interyer həqiqətən sənaye sahəsində yaranır və onun fakturası interyerin əsasını təşkil edir. “Süni”-də isə adi evlərdə bütün “sənaye” detal və konstruksiyalar süni düzələrək təqlid edilir.

Sənaye üslubu, hamam otağı


İnteryerdə sənaye üslubunu nə müəyyən edir? Birinci növbədə, bu, istehsal sahələrində istifadə etmək üçün nəzərdə tutulmuş konstruksiya və fakturalardır. Bütün kommunikasiya, dayaq bloklar, çərçivə və şvellerlər dekorativ elementlərin arxasında gizlənilmir, əksinə üslubun əsas “mayakı” sayılır. Belə interyerlərdə divar səthi divar kağızı və ya dekorativ panellər ilə örtülmür, sadəcə tikildiyi beton, kərpic və ya dəmiri nümayiş edir. Əgər belə interyer adi mənzildə yaranırsa, səthlər adətən onları təqlid edən materiallar ilə örtülür. Bu betonu xatırladan divar kağızı, və ya həqiqi kərpic divarı təqlid edən süni daş, qocalmış ağac da ola bilər. Ventilyasiyaistilik trubaları, bayır elektrik xətləri “Sənaye” adlanan üslubun əsas tərkib hissələridir.

Sənaye üslubunda otağ interyeri

Belə interyerin əsas rəng çeşidi – əsas tikinti materialların “təbii” rəngləridir. Bütün boz rəngin çalarları, qəhvəyi, qara, tutqun və paslanmış metal rəngi, ağac. Ahəngsizlik yaratmamaq üçün, əsas kimi ancaq bir rəng götürülür, və bütün rəng kompozisiyası onun üzərində müxtəlif çalarlar və dərinliklərinin birləşdirməsi ilə qurulur. Adətən, az miqdarda “təhlükəsizlik texnikası” palitrasının parlaq rəngləri istehsal sahələrindən “götürülmuş” müxtəlif dekor elementləri şəklində görkəmsiz fonunu açır. Bu, sənaye məqsədləri üçün istifadə olunan müxtəlif posterlər, işarələr, lövhələr və digər atributlar da ola bilər.


Geniş istehsal sahələrində adətən iri pəncərələr mövcud olduğundan, sənaye üslubunda da pəncərələr həmçinin göz qabağında olmalı və təbii işığı maksimum təmin etməlidir. Pəncərə çərçivələri – sadə ağac və ya metal profillərdir. İdealda, hər hansı pərdətüllərin istifadəsindən imtina etmək yaxşıdır, ancaq ehtiyac olduqda onlar sadə yarımşəffaf parçadan hazırlanmalıdır. Süni işıqlandırma sənaye lampa, projektor, fənərlərə üslublaşdırılmış olmalıdır. Çox vaxt, maraqlı kompozisiyalı tellərdə asılmış sadə lampalardan istifadə olunur.

Mətbəx, sənaye üslubu

Sənaye interyerində döşəmə - istehsal sahələrinə uyğun olan hər hansısa bir materialdır. Bu, beton tökmə, plitələr, taxta, polimer örtüyü, linoleum ola bilər. Divarlar və tavan adi beton, daş ya taxtadan qala bilər.

Sənaye üslubunda mebel – sənaye əşyalara üslublaşdırmadır və ya ev istifadəsi üçün uyğunlaşdırılmış elə əşyalardır – dəmir yaxud taxta rəflər, stellajlar, sürüşən saxlanma sistemləri. Yumşaq mebel sadə düzbucaq formalarına malik və əsas rəng çeşidinə uyğun olmalıdır. Köhnə mebellər, istifadədən çıxmış ev əşyaları, yeni istifadədə ikinci həyat almaqla interyerə öz bənzərsizliyini gətirə bilər.

Sənaye üslubunda müasir yataq otağı

Sənaye üslubu iri pəncərəli çox böyük sahələr üçün idealdır, çünki o, məhz belə yerlərdə yaranıb. Ancaq son zamanlar sadə şəhər mənzillərində yaradılmış Sənaye interyerləri də daha çox dəbə girir. Qeyri adiliyi və bu üslubun nisbətən kiçik büdcə ilə yaradılması mümkün olduğundan o, gənclər, yaradıcı və sərbəst fikirli, müəyyən çərçivələrlə məhdudlaşmayan insanlara cəlbedici gəlir.

<= Xay-tek - inkişaf hara aparır?

Klassisizm - əsl nəcib qızların üslubudur =>

Digər məqalələr

Rəy yaz

Система Orphus