Məqalələr

Təmir və dizayn haqqında

Konstruktivizm - qətilik, təvazökarlıq və zövq

Konstruktivizm, qonaq otağı

Konstruktivizm cərəyan kimi XX əsrin 30-cu illərində meydana gəlmiş. Əvvəlki dövrlərdə olduğu kimi, modernin mürəkkəb və bahalı dekoruna zidd olaraq, cəmiyyətdə sadə, aydın, funksional və əlçatan bir üsluba ehtiyac yaranmışdı. Bütün bu xüsusiyyətləri özündə birləşdirərək istehlakçılara təklif edən konstruktivizm oldu. Bu üslubun əsas ideyası – interyerin bütün obyektləri sırf funksional təyinatlı və sadə formalara malik olmasıdır. İnteryerdə bəzəmə məqsədi ilə heç bir əlavə element olmalı deyil. Bu üslubun tətbiqi, XX əsrin 30-cü illərindən başlayaraq sovet dövründə geniş yer aldı. Konstruktivizmin asketik interyerləri lazımsız zinət və meşşanlıqdan imtina ideologiyasına çox gözəl uyğun gəlirdir.

Konstruktivizm üslubunda orijinal dizayn

Konstruktivizm minimalistik üslubların banisidir. Bu dövrdə, bədii və memarlıq əsərlərin əsasını onun bədii obrazı yox, məhz ilk dəfə əsərin konstruksiyası götürülməyə başlanılıb. Buradan, otağın konstruktiv hissələrini gizlətməməyi, onları göz qabağında saxlanması ideyası ortaya çıxıb. Həmçinin, “gərəksiz” arakəsmə divarlardan imtina olub, və evin ayrı otaqları bir ümumi məkana birləşməyə başlanılıb. Divarların əvəzində səyyar arakəsmələr istifadə olunub.

İnteryer, konstruktivizm üslubu

Konstruktivizmdə ancaq daş, metal, plastik, taxta kimi əsas materiallar istifadə olunur. Səthlər bir rəngə boyanılır, şəkil və naxışların istifadəsinə yol verilmir. Konstruktivizm üçün əsas rənglər – boz, ağ, qara, qəhvəyidir. Bu rənglərin əlavəsinə qırmızı, göy, yaşıl, sarının əsas çalarlarından da istifadə etmək olar. Metal detallardan aktiv istifadəsi polad parıltısını əlavə edir və belə interyerləri qavrayış üçün soyuq edir. Yuxarıda adı çəkilən rənglərin istifadəsindən asılı olmayaraq, onların sayı ciddi şəkildə məhdudlaşdırılır, adətən, üç rəngdən çox olmur.

Konstruktivizmin əsas həndəsi formaları – kvadrat, dairə, üçbucaqdır. Bütün əşyalar belə əsas həndəsəyə uyğun olmalıdır. Dalğalı xətlər, naxışlar və ornamentlər qəti yolverilməzdir.

Yataq otağı, konstruktivizm üslubu

Təbii işiqlandırma nə qədər çox olarsa, konstruktivizmin tələblərinə daha uyğun olar. Böyük düzbucaqlı pəncərələr çox işiq verir. Pərdələrin istifadəsi nəzərdə tutulmur, və ya sadə jalüzdən istifadə edilir. Bütün işıqlandırma cihazları funksional tələblərə cavab verməli, mürəkkəb formalı çılçıraqçıraqlara yol verilmir.

Klassik konstruktiv interyerində döşəmə adətən taxta ilə örtüb rənglənirdi. Müasir şəraitdə süni materialların istifadəsi də mümkündür. Divarlar və tavan müxtəlif rənglərə boyana bilər. Bu və ya digər rənginin seçim xeyrinə arqument ilk növbədə onun məqsədəuyğunluğu olmalıdır.

Plakat, kollaj, məkan quruluşları kimi dekor əşyaları konstruktivizm ilə çox yaxşı uyğunlaşır.

Mebel, birinci növbədə, praktik və öz əsasında həmin əsas həndəsi forma və rənglərə malik olmalıdır.

Konstruktivizm üslubunda interyer əşyaları

Bütün lazımsız əşyalardan imtina və əsas materiallardan istifadə nəticəsində, konstruktivizm, demək olar ki, ən qənaətli üslub olur və, interyerin dekoru üçün məhdud büdcə şəraitində, gözəl köməkçidir. Müasir icrada, ən yeni materiallardan istifadə edərək, konstruktivizm, qorunulan ciddi funksional yanaşmaya baxmayaraq, qeyri adi və çox dinamik interyerləri yaratmağa imkan verir. Onun populyarlığı azalmır, o, ofis və iş otaqlara çox gözəl yaraşır, lakin həmçinin yaşayış evlərində də çox vaxt istifadə olunur.

<= Klassisizm - əsl nəcib qızların üslubudur

Loft - məhəllə çardağların romantikası =>

Digər məqalələr

Rəy yaz

Система Orphus