Məqalələr

Təmir və dizayn haqqında

Müasir üslubu - bu dəyişkən dünyada bir rahatlıq güşəsi

Müasir üslubu, interier dizaynı

İnteryerdə müasir (kontemporari) üslub – zaman ilə birlikdə dəyişən üslublardan biridir. O, müasir həyatın bütün yenilikləri özünə çəkərək, onları ənənəvi elementlər ilə gözəl uyğunlaşdırır müxtəlif üslubların harmonik sintezini təşkil edir. Üslubun əsas tələbləri minimalizmdən götürülüb. Müasir üslubu da geniş açıq otaqlar, əşyaların minimal sayı və ciddi funksionallıqı sevir. Amma, müasir üslubunda məkan özü üstünlük təşkil etmir və diqqət interyerin ümumi məkanında öz kiçik aləmini təqdim edən funksional zona və gruplara yönəldirir.

Müasir üslubun həndəsi əsasını sadə iri formalar və düz xətlər təşkil edir. Bununla belə, bu və ya digər obyektin funksional təyinatı vurğulana bilən daha mürəkkəb detalların istifadəsinə yol verir.

Müasir üslubu, qonaq otağı

Geniş məkanlar, bir qayda olaraq, funksional əlamətlər ilə aydın şəkildə zonalaşır. Hər zona, adətən aydın vizual hüdudlarına malikdir və öz tərtibi ilə ümumi məkanın digər zonalarından xeyli fərqlənə bilər.

Əsas rəng qamması – boz, qəhvəyi, krem rənglərdən sakit çalarlarıdır. Tez-tez, daha çox dinamika əlavə etmək üçün bəzi elementlərdə qara rəngdən istifadə oluna bilər. Lakin, müasir üslubun xarakterik xüsusiyəti bəzi aksent səthlərini daha mürəkkəb dərin çalarlı rənglər ilə qeyd olunmasıdır. Bütün səthlər əksər hallarda birrənglidir, bəzən həndəsi naxışlara da yol verilir.

Qonaq otağının dizaynı, müasir üslubu

Müasir üslub istənilən materiallardan istifadəyə icazə verir. Təbii materialların emal və təqlidi ilə bağlı bütün son texnoloji nailiyyətlərdən ürəklə istifadə edilir. Cürbəcür fakturalar, təbii və süni materialların birləşməsi, bütün bunlar müasir interyerlərdə uyğunlaşır və onları müxtəlif və təkraredilməz edir. Parıldayan elementlər ya da cilalanmış səthlər belə interyerlərdə tez-tez tədbiq edilir. Cilalanmış metal detallar, güzgü səthlər, şüşə çox vaxt istifadə olunur.

Döşəmə parket lövhəsi, laminat, linoleum, plitətlər ilə örtülə bilər. Divarın işlədilməsinə də ən müxtəlif materiallar istifadə oluna bilər. Əsas odur ki, bütün dizayn həlləri əlvan bəzək və rənglərə yox, məhz səviyyə, səthlər və fakturaların oyununda əsaslanmalıdır. Tavanlarda dartma materiallar, məkanın strukturunu vizual şəkildə dəyişdirən işıqlandırmanın müxtəlif dərəcə və sistemləri tez-tez istifadə olunur.

Müasir üslubunda mənzil-studio

Müasir üslub iri işiqlı pəncərələr istəyir, amma birrəngli sadə formalı pərdələrə də icazə verilir. Pərdələrin ipək teksturaları ümumi görünüşü yaxşı tamamlaya bilər. İşıqlandırma çox vaxt lokal prinsiplə yerləşdirilir, hər funksional zona üçün öz “işıq dairəsi” yaradır və bununla ona daha çox xüsusiləşmə verir. Müasir interyerlərdə cürbəcür alt işıqlar, işıqsaçan səthlər, gizli işıq mənbələri çox aktiv istifadə olunur.

Müasir mebel rahat, praktik, çox vaxt çoxfunksionallı olur. Onun əsasını sadə həndəsə təşkil edir, bütün lazımsız dekorativ elementlər artıqdırlar. Bununla belə, mebelin yaxşı keyfiyyəti – müasir üslubun zəruri tələbidir.

Yataq otağı, müasir üslubunda dizayn


Adətən, tekstil bol istifadə edilmir, amma mütləq mövcüd olmalıdır. Xalçalar tez-tez istifadə edilmir, amma istisna da edilmir. Xalça hər hansı bir zonanı əlavə vurğulaya bilər, amma parlaq ləkə kimi olmamalıdır. Neytral rəng, sadə faktura, bəzəmədən – maksimum – sadə həndəsi naxış. Bütün başqa tekstil elementlər adətən mürəkkəb naxışlara malik olmur, interyerin əsas tonu ilə həmahəng uyğunlaşır, amma öz fakturaları ilə seçilə bilər.

Dekor elementləri belə interyerlərdə mütləq mövcud olmalıdır, lakin çox olmamalıdır. Bir qayda olaraq, iri elementlərdən istifadə edilir. Onlar məkanı tarazlaşdırır və bütöv interyerin sadəliyi və funksionallıqını qeyd edir. Bu məqsədlə, daha xırda elementlərdən istifadə edilərsə belə, iki ya üç eyni nüsxədə olmalıdır ki, iri qabaritli vahid obyekt hissini yaratsın. Effekti gücləndirmək üçün, dekor elementlərinə əksər hallarda əlavə işıq salınır, və ya digər dizayn üsulu ilə qeyd edir. Müasir interyerlərin unikallığı onların, üslubun ümumi bütövlüyünü pozmadan əsas ideyaya əlavə olaraq digər üslublardan və istiqamətlərdən elementlər götürməyə imkan verməsidir. Əsas, harmoniya və sizi əhatə edən əşyalara ehtiyacın olması hissidir.

Müasir üslubunda qonaq otağının interyeri

Ümumiyyətlə, müasir üslubu müasir həyatın ritmi və insanın mənəvi rahatlığı tələbatının təcəssümü adlanmaq olar. O, məkanı enerji ilə doldurur, lakin bununla birlikdə ev rahaltıqı və istiliyini verir. Həmin üslubun inanılmaz çevikliyi və adaptivliyinə görə, o, ən müxtəlif bütün ölçülü otaqlara gözəl yaraşır.

Digər məqalələr

Rəy yaz

Система Orphus