Məqalələr

Təmir və dizayn haqqında

Qlamur üslubu - hər zaman "trenddə" olanlar üçün

Qlamur üslubunda interyer dizaynı

Qlamur üslubu özündə ar deko, modern, minimalizm və neoklassikadan əsas ideyaları toplayaraq, onları estetika və yaşayış keyfiyyətinin müasir anlayışına xas olan tamamilə yeni səviyyəyə çıxarıb.

Glamour“ fransız dilindən tərcümədə „cazibədar“ deməkdir, lakin son onilliklərdə bu söz daha çox dəbdə olan, bahalı və gözəllik ilə assosiasiya olunur. Məhz bu anlayışlarda qlamur üslubunun əsasını təşkil edib. Qlamur interyer - elə interyerdir ki, öz sahibinin imkan və incə zövqünü parlaq nümayiş etdirir.

Qlamur interyerinin məkan həndəsəsi minimalizm prinsipləri əsasında qurulur. Bu, günəş və ya süni işıqlı geniş otaqlar, artıq əşyasız və mürəkkəb xətlərsiz, diqqətlə seçilmiş mebel deməkdir.

İnteryer dizaynı, qlamur üslubu


Qlamur üslubunda səthlərin bəzəyi üçün tövsiyə olunan müəyyən bir materiallar siyahısı yoxdur. Materiallar ən müxtəlif ola bilər, əsas onların yüksək keyfiyyəti və moda tələblərinə uyğun olmasıdır. Keyfiyyətli emalda təbii materiallara – ağac, daş, dəriyə yüksək tələbat var. Qlamur interyerində universal klassikaya - döşəmədə gözəl parket və ya daş plitələrə tez-tez rast gəlmək olur. Həmçinin süni materiallardan da istifadə eləmək olar, məsələn keyfiyyətli laminat və ya kovrolin.

Qlamur üslubunda interyer açıq pastel rənglərdə - krem, çəhrayı, ağ ola bilər. Bəzən qlamur interyerlərdə tünd rəngləri də görmək olar. Belə halda çalışmaq lazımdır ki, otağın hər küncü yaxşı işıqlansın. Adətən, divarlar birrəngli olur. Müxtəlif tərzdə tonların qarışığı və həmçinin mürəkkəb dərin çalarlar istifadə oluna bilər. Bəzək üçün tez-tez moldinqlərdən işlənilir, ancaq az bir sayda və müasir formada.

Dəhliz, qlamur üslubu

Qlamur mebel – həmişə az sayda keyfiyyətli əşyalar deməkdir. Mebel həm klassik, həm modern üslubuna xas olan əyri xətt, rokoko üslubu kimi zərif və ya barokko və ya ampir üslubu kimi ağır ola bilər. Çox vaxt qlamur interyerində bütün sadalanan üslubların müasir tərzdə mebellərinə rast gəlmək olar. Əsas odur ki, bu cür əşyaların sayı artıq olmasın və müasir dekorun köməyi ilə düzgün və qayda ilə tarazlaşdırılsın.

Qlamur interyerində gözəl çılçıraq mütləqdir. Bu, büllur asma ilə və ya ultra-müasir dizaynda çılçıraq ola bilər. Əgər əsas işıq mənbəyi kifayət deyilsə, əlavə işıqlandırmadan istifadə olunur.

Qlamur üslubunda dekor

Öz „ulduz“ gözəlliyinə görə qlamur üslubu möhtəşəm ar deko üslubuna borcludur. Dekorda güzgü və büllur, parlaq metallı detallar işlənir – xrom, gümüş, zər. Adətən, dekor elementləri az olur, lakin onların hamısı müasir trendlərə aid olmalıdırlar. Əgər divarda şəkil varsa – məşhur rəssama aid olmalıdır, əgər vaza və ya heykəlcik - məşhur bahalı markadan olmalıdır. Üstünlük müasir lakonik formalara verilir. Mebeldən fərqli olaraq, dekorda baroko üslubunun bər-bəzəkli mürəkkəb əşyaları tamamilə yersizdir. Qlamur üslubu ətraf mühitlə heç bir əlaqəsi olmayan ayrı-ayrı qeyri funksional gözəl əşyalardan dekorasiya kimi istifadə etməyə imkan verir. Beləliklə müasir qlamura məxsus bir qədər şıltaqlıq vurğulanır.

Qlamur üslubda bahalı parlaq parça– atlas, məxmər, velürdan çox istifadə olunur. Həmçinin keyfiyyətlə emal olunmuş təbii heyvan dəriləri, dekorativ lələklər, təbii dəri elementlərindən də istifadə olunur. Tekstilin əsas hissəsi birrəngli qammada qalır, bir rəngin müxtəlif faktura və ya müxtəlif çalarları tətbiq edilir. Birrəngli səthi canlandırmaq üçün bəzi tekstil elementlərində sadə həndəsi fiqurlar ola bilər. Həmçinin məsələn yumşaq mebelin üstünə salınmış heyvan printləri, bəbirli və ya zebrli şal, örtük və ya xalçalara tez-tez rast gəlmək olar.

Hamam otağının interyeri qlamur üslubunda

Qlamur üslubunda interyer öz cəsarəti və parıltısı ilə valeh edərək həmişə gözə çarpan və yadda qalan bir adadır. Belə interyeri yaratdıqda çox incə bədii qabiliyyət olmalıdır ki, alicənablığa zövqsüz meşşan parodiyanı çevirməsin. Həmçinin yaddan çıxarmaq lazım deyil ki, moda çox dəyişkəndir. Bu gün aktual görünən, artıq bir-iki ildən sonra çox köhnəlmiş ola bilər. Qlamur interyeri daimi yeniliklər və modanın mərkəzində olmağını tələb edir, bu da öz növbəsində böyük maliyyə xərclər deməkdir. Əgər Siz öz yaradıcı bacarıqlarınıza və maliyyə imkanlarınıza əminsinizsə, əgər Siz moda tendensiyalarının zirvəsində olmağı xoşlayırsınızsa, onda qlamur üslubunu yoxlamağa dəyər.

<=Müasir üslubu - bu dəyişkən dünyada bir rahatlıq güşəsi

Xay-tek - inkişaf hara aparır?=>

Digər məqalələr

Rəy yaz

Система Orphus