Məqalələr

Təmir və dizayn haqqında

Xay-tek - inkişaf hara aparır?

Hay-tek üslubunda qonaq otağı

Xay-tek – proqres və ağla sığmaz insan düşüncələrini gerçəkləşdirən bir üslubdur. High Technologies ingilis dilindən tərcümədə yüksək texnologiyalar deməkdir. Hay-tek üslubunun bütün interyeri funskionallıq və minimalizm anlayışı üzərində qurulan konstruktivizm fəlsəfəsinin davamçısıdır. Lakin, xay-tek, son nailiyyətləri nəzərdə alaraq, öz sələfinin asketizmini tamamilə itirərək, süni məkanın yeni estetikasına öz hüquqları barədə bəyan edir.

Xay-tek interyerlərində həm materialların istehsalında, həm də məişət texnikasında olan ən yeni texnologiyalardan istifadə edilir. İstifadə olunan əsas materiallar polad, şüşə, plastik, müxtəlif sintetik örtüklərdir.

Hay-tek üslubunda interyer dizaynı

Əsas rənglər – ağ-qara qammanın bütün çalarlarıdır. Lakin bu o demək deyil ki, parlaq rənglər xay-tekə yaddır. Çox vaxt, ağ-qara qammanı tarazlaşdırmaq və rəng aksentlərini vurğulamaq üçün bu üslubda əsas qırmızı, göy, yaşıl, sarı rənglər istifadə edilir. Belə ki, səthlərin və əşyaların böyük bir hissəsi məhz parlaq rəngdə təqdim olunur.

Xay-tek üslubunda döşəmə üçün adətən laminat, linoleum, kovrolin kimi süni materiallara üstünlük verilir. Çox vaxt tökmə döşəmə istifadə olunur. Bununla belə, bir çox hallarda parket lövhə də tamamilə münasib görünür. Qeyri-adi fakturalı birrəngli xalça ,həmçinin, bu üslubda tələb olunan elementlərdən biridir. Divarlar və tavan boya, maye divar kağızı, müasir süni materiallardan müxtəlif panel, metal və şüşə ilə örtülə bilər.

Hay-tek üslubunda kabinet

Xay-tek üslubunun yaradılmasında böyük rol işıqlandırmaya verilir. Təbii işıq iri pəncərələr olduqda, səthlər və materialların oynama və parıltısını nümayış edərək interyerə dolar. Süni işıqlandırma müasir texnologiyaların imkanlarını nümayış edərək belə interyerin bütün “məğzləri” daha da çox işiqlandırmalıdır. Xay-tek üslubuna sadə formalı müasir işıqlandırma cihazları uyğun olar. Bütün texnoloji yeniliklərdən geniş istifadə olunur – nöqtəvi işıq, məsafədən idarə olunan çılçıraqlar, tel çıraqlar və s.

Hay-tek üslubunda dəhliz

Xay-tek interyerlərində mebel sadə lakonik forma, düz xətt və bucaqlara malikdir. Hərçənd, müəyyən futuristik vizual effektə nail olmaq üçün, bucaqlar hamarlanar, formalar əyilə və uzadıla bilər. Bütün mebel səthləri də süni materiallardan istehsal edilir. İdealda, mebel, məişət avadanlığı kimi, maksimal dərəcədə müxtəlif texniki yenilikləri ilə təchiz olunmalıdır – “ağıllı” nəzarət, uzaqdan idarəetmə elementlər ilə. Məişət texnikası, adətən, texnologiyaların “son sözüdür”. O, səthlərin üzərinə quraşdırılır və nəzərə çarpmadan onlar ilə qarışır.

Xay-tek, öz minimalizm və rəng palitra təmkinliyinə baxmayaraq, kifayət qədər parlaq bir üslubdur və adətən onun əlavə dekor elementlərə ehtiyacı olmur. Adətən, bu rolu bütün interyerin vacib funksional hissəsi olan qeyri-adi formalı rəflər, müxtəlif panellər və başqa elementlər oynayır. Bəzən, rəsmlər, fotokollajlar, nadir hallarda başqa fərdi elementlər istifadə edilir.

Hay-tek üslubunda qonaq otağı qırmızı döşəmə ilə

Xay-tek üslubu insanın təbiət üzərində qələbə ideyasını əks etdirir. Bütün təbii başlanğıcları imtina edərək, xay-tek üslubu ətraf aləm və kainatın səmərəliyi ilə birlik hissindən maksimal uzaqlaşmış ekstrim nöqtəsidir. Bu üslubda interyer maksimum məişət rahatlığı yaradır, yaradıcılıq enerjisini buraxır, lakin eyni zamanda bir qədər soyuq və cansızlıq hissi yaradır. Xay-tek həm böyük həm kiçik sahəsi olan otaqlara yaraşır. Baxmayaraq ki, son texniki nailiyyətlər əsasında yaradılmış interyer, bir tərəfdən mövcud olan məkanı səmərəli istifadə etmək imkanı verir, digər tərəfdən isə, onun həyata keçirilməsi üçün xeyli maddi xərc tələb edir.

<= Qlamur üslubu - hər zaman "trenddə" olanlar üçün

Sənaye üslubu - iqtisadi krizisin müsbət aspektləri =>

Digər məqalələr

Rəy yaz

Система Orphus